vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 8 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
18:29 | 11 iyul 2018 | Çərşənbə Məqaləyə 1884 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Fars körfəzində neft yataqlarına “hücum”

Səudiyyə ilə İran arasındakı gərginlik növbəti dəfə yüksəldi

Səudiyyə Ərəbistanı İran gəmilərinin mütəmadi şəkildə onun Fars körfəzindəki neft yataqlarının yerləşdiyi akvatoriyasına keçməsilə bağlı BMT-yə şikayət edib.

Bu barədə Krallığın “WAM” agentliyi məlumat yayıb.

Məlumata əsasən, İrana məxsus gəmi və qayıqlar Səudiyyə Ərəbistanının ərazi sularındakı neft platforması və yataqlarının yaxınlığında yerləşən qapalı ərazilərə dəfələrlə “hücum edib”. Lakin həmin gəmilərin hərbi, yoxsa mülki olması bildirilmir.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Abdulla əl-Muallim bəyan edib ki, Ər-Riyadın Tehran və BMT baş katibinə ünvanladığı əvvəlki etiraz notalarına rəğmən, bu cür pozuntuların sayı durmadan artır. O, həmçinin vurğulayıb ki, ölkəsi məsələ ilə bağlı bütün lazımı tədbirləri görəcək və ərazi sularındakı bu cür pozuntulara görə yarana biləcək istənilən zərərdə bütün məsuliyyət İrandakı rejimin üzərində qalacaq.

Ər-Riyadın şikayətilə bağlı Tehran hələ ki heç bir açıqlama verməyib.

Qeyd edək ki, İranla Fars körfəzindəki dəniz sərhədi məsələsində Səudiyyə Ərəbistanı şah rejimi ilə imzalanan 1968-ci il müqaviləsinə istinad edir. (azvision.az)