vaxtlı-vaxtında oxuyun! Bazar, 29 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
GÜNDƏM  
19:32 | 18 fevral 2014 | Çərşənbə axşamı Məqaləyə 1585 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rus polkovnik hədələdi

Viktor Baranets: «Azərbaycan hücum etsə, 102-ci hərbi baza Ermənistanı müdafiə edəcək»

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) blokuna üzv olan ölkələrin hər hansı birinə hərbi müdaxilə bu təşkilata qarşı hücum deməkdir. Ona görə də əgər Azərbaycan Ermənistana hücum etsə, KTMT və Rusiyanın bu ölkədəki 102-ci hərbi bazası ermənilərin tərəfində münaqişəyə qoşulmalı olacaq».

Virtualaz.org saytı xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin keçmiş mətbuat katibi, «Komsomolskaya pravda» qəzetinin hərbi icmalçısı, polkovnik Viktor Baranets deyib.

Polkovnikin sözlərinə görə, bu, təkcə Azərbaycana aid deyil. Ermənistana hansısa başqa ölkə hücum etsə, KTMT və Rusiya ayrıca olaraq yenə eyni hərəkət etməlidir.

«Mənə elə gəlir ki, burada sensasion nəsə yoxdur» - deyə polkovnik Baranets bildirib.

Hərbi ekspertin sözlərinə görə, Rusiya Dağlıq Qarabağı «mübahisəli ərazi» hesab edir: «Bu torpaqlar öz tarixini dəyişdirib. Şübhəsiz ki, Rusiya imperiyasının da bunda rolu var. Biz Dağlıq Qarabağ Muxtar Vilayətinin necə yaradıldığını bilirik. KTMT-nin Dağlıq Qarabağ münaqişəsinə müdaxiləsini Ermənistanın bu təşkilata üzvlüyü çərçivəsində nəzərdən keçirmək lazımdır. Lakin KTMT müqaviləsində Dağlıq Qarabağa dair heç nə deyilmir. Buna baxmayaraq əgər Azərbaycan Dağlıq Qarabağa hücum etsə, Rusiya yenə silah götürməli olacaq, çünki Kreml münaqişənin hərbi yolla həll edilməsini istəmir».

V.Baranets bildirib ki, bir çox siyasətçilərin Dağlıq Qarabağ münaqişəsinin həllinin açarının Rusiyada olduğu, bu münaqişəni Rusiyanın yaratdığı barədə fikirləri əsassızdır. Onun fikrincə, əksinə, Dağlıq Qarabağ münaqişəsini SSRİ-ni dağıtmaq istəyən qüvvəlrə başlatmışdı.