Bakı sevənlərinin himayəsinə keçdi
“Qu quşları” paytaxtın nostaljisini qaytardı
Azər QƏRİBOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Azərbaycan üçün misilsiz dəyərdir...”
Tanınmışlar Mehriban Əliyeva barədə: “Əhalinin bütün təbəqələri onun qayğısını hiss edir”
-
Prezident və birinci vitse-prezident “Formula 1”i canlı izlədi
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar
-
Son illər Bakı çox şey qazandı, zahiri görünüşünü nəzərdə tuturam və bunu inkar etmək mümkün deyil. Gözəlləşdi, müasirləşdi, geniş prospektlər, göydələnlər və s.
Amma bu da faktdır ki, Bakı çox şey itirdi həmin illər zamanı.
Şəxsən mənim üçün və bu haqda mən illər öncə yazmışdım, ən ağrılı itkilərdən biri Bulvardakı Qu quşlarıydı. Bir onlar idi, bir də Köhnə İnturist.
Bunlar Bakının simvollarıydı, Bakıda anadan olmuş və Bakıda böyümüş adam üçün bu itkilər xüsusilə təsirli oldu, öz payıma deyirəm və əminəm ki, bununla razılaşanlar çoxdur.
Ona görə, əfsanəvi qu quşlu fəvvarənin Bulvara qayıdışını mən ayaq üstə alqışlayıram! Bu sadəcə bir bədii kompozisiyanın tarixi yerinə qayıdışı deyil, şəxsən mənim üçün bu rəmzi xarakter daşıyan bir hadisədir.
Mən inanmaq istəyirəm ki, artıq Bakı onu səmimi olaraq sevənlərin himayəsinə keçdi və Bakının ruhunu illərlə məhv etməyə çalışanlar bu prosesdən birdəfəlik uzaqlaşdırıldılar.
Bir bunu demək istəyirdim, bir də şəxsi tanışlığım olmayan Gəncənin yeni başçısı haqda. Mən Mingəçevirdə bir-iki il əvvəl oldum və ilk baxışdan sözün əsl mənasında heyran oldum bu şəhərə.
Mingəçevir mənə təmiz, səliqəli, tam Avropasayağı bir şəhər kimi göründü. Trolleybusları görəndə isə, nostalji hisslərə məruz qalaraq az qala ağlayacaqdım.
Hiss olunurdu ki, şəhəri idarə edənlər həm onun nisbətən gənc olan tarixinə hörmətlə yanaşırlar, həm də bu idarəçilikdə professionallıq və təsərrüfatçılıq hiss olunurdu .
Mən onda Mingəçeviri çox bəyəndim və gedib görməyi təkidlə məsləhət görürəm. İnanıram ki, bu yanaşmanı yeni mer Gəncəyə də gətirəcək. Çünki qədim şəhərin islahatlara ehtiyacı var.
Hər iki xəbəri eşitmək xoş oldu mənim üçün, təbrik edirəm özümüzü!