Tağı Əhmədov işdən uzaqlaşdırıldı
İlham Əliyev «Azərtunelmetrotikinti» və «Bakı Metropoliteni» birləşdirib yeni qurum yaratdı
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Döysəm də düz eləmişəm...”
“Sələmçi Tağı” cəmi bir ay faiz alandan sonra pulların batdığını öyrənib
-
Tağı Əhmədov adam döyüb?
“Bakı Metropoliten”in keçmiş rəisi YAP-ın binasını lombarda döndəribmiş...
-
Tağı Əhmədov əlil arabasında
Bakı metropoliteninin sabiq rəisinin ayaqları tutuldu
-
30 yeni vaqon alınacaq
Hər ay bir qatar dəyişəcək
-
Yeniliklər dövrün tələbinə çevrilib
Bakı metropoliteninə əvvəlkilərdən 2-3 dəfə güclü 7 yeni ventilyator gətirilir
-
Növbəti stansiya qəbiristanlıq?!
.. Yaxud yeraltında bizi hansı təhlükə gözləyir?
-
Metroda qadağa
Maşinist kabinəsində siqaret çəkmək yasaqlandı
-
... «Xətai» stansiyası təmirə bağlanacaq
«Sahil» açılandan sonra ...
-
«İşçilərinin sayını azaltmağa məcburuq»
«Bakı Metropoliteni»ndə ixtisarlar gözlənilir
-
«Sahil» stansiyası sökülür?
Nəsimi Paşayev: «İddialar əsassızdır»
-
Metroda elanları kim səsləndirir?
«Elə bil qaynanadır, nə qədər öyüd-nəsihət verir, bunu alanın günü qaradır»
-
«Qatarlar ləngiyib»
Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı
-
Tağı Əhmədovun başı dərddə
Məhkəmə «Bakı Metropoliteni»nin sabiq rəisi ilə bağlı xüsusi qərardad çıxara bilər
-
Materialları diskdən necə silinib?
Çovdarovun cinayət işində Tağı Əhmədovun oğlu ilə bağlı müəmma...
-
Susmaq razılıq əlamətidir?
Tağı Əhmədovun korrupsiya pullarını hara xərcləməsi haqda ilginc dosye; ortalıqda 200 milyon dollarlıq korrupsiya faktlar var
-
«Əl çəkin məndən...»
Tağı Əhmədov: «... İmkan verin işimi görüm»
Azərbaycan prezidenti İlham Əliyev «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb. «APA-Economics»in məlumatına görə, Bakı Metropoliteninin və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb.
Cəmiyyət Bakı Metropolitenin və «Azərtunelmetrotikinti» Səhmdar Cəmiyyətinin hüquqi varisidir və onların bütün hüquq və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçib.
Cəmiyyətdə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilib:
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə:
- Cəmiyyətin Nizamnaməsinin və strukturunun təsdiqi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;
- Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyən edilməsi;
- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;
- Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiqi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
- Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi;
- Sərəncamda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
- Cəmiyyətin törəmə müəssisələrinin, habelə idarə, filial və nümayəndəliklərinin yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi.
Müəyyən edilib ki, Cəmiyyətin sədrinin və onun müavinlərinin (İdarə Heyəti) vəzifəyə təyin və vəzifədən azad edilməsi, Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Nazirlər Kabinetinə tapşırılıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində təsdiq etsin.
Vergilər Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsinə isə öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər həyata keçirmək tapşırılıb.
Prezidentin digər sərəncamı ilə Zaur Hüseynov «Bakı Metropoliteni» Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi.
Bakı Metropoliteninin rəisi təyin olunan Zair Mir Tofiq oğlu Hüseynov bu vəzifəyə təyin olunana qədər «Bakıelektrikşəbəkə» ASC sədrinin müavini vəzifəsini tutub. O, 2007-ci ildən bu postda çalışıb. 51 yaşlı Z.Hüseynov əvvəllər «Qaradağ-Sement» ASC-ni baş müsahibi olub. Oradan «Bakıelektrikşəbəkə» ASC-yə rəis müavini gəlib.