vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
OLAY  
10:43 | 27 oktyabr 2017 | Cümə Məqaləyə 3238 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qatarlar ləngiyib»

Səhər saatlarında metroda böyük sıxlıq yaranıb, səbəb açıqlandı

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu gün səhər saatlarından etibarən «Bakı Metropoliteni»ndə böyük sıxlıq müşahidə olunub. Bu azmış kimi, qatarlar ləng işləyib və sərnişinlər dəqiqələrlə tunellərdə qatarların hərəkət etməsini gözləyiblər.

VAXT.AZ xəbər verir ki, bəzi stansiyalarda qatarların arasındakı interval 7-8 dəqiqəyə çatıb.

Məsələ ilə bağlı şərh verən «Bakı Metropoliteni» QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, səhər saatlarında qatarların depodan xəttə qəbul edilməsində problem yaranıb və gecikmə də bununla bağlıdır: «Yəni, xəttə kifayət qədər qatar qəbul edə bilmirdik. Saat 7-dən sonra qatarların hərəkəti tam bərpa edilsə də, sərnişin sıxlığı vardı. Artıq qatarlararası interval tam bərpa edilib. Bir neçə stansiyada sıxlıq müşahidə olunur. Yaxın yarım saat ərzində hər şey tam qaydasına düşəcək».