“Mən də istərdim ki, …”
Tərlan Əhmədovun 300-400 minlik arzusu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Keşlə”dəki aysberq
Komanda liqa oyunlarından çox Ağayev-Əhmədov qarşıdurmasını izləyir
-
Əhmədovun alverçi təfəkkürü …
… və Axundovun ifşası
-
«Digər futbolçulara da dərs olsun»
Tərlan Əhmədov: «Biz və siz oyunlara başqa prizmadan baxırıq»
-
«Məğlub olsaq da, razı qaldım»
Tərlan Əhmədov: «Futbola yuxarıdan baxanda daha rahatdı»
-
Danışmasa yaxşıdır...
... yaxud «Neftçi»nin borcları və xatırlanmayan gəlir
-
«Maliyyə problemi yoxdur»
Elnur Eyvazov: «Nədənsə «Neftçi»nin düşdüyü «qara zolaq» çox enli və ya dərin oldu»
-
Yalan avazlı Eyvazov
Kənardan müdaxilə olmasaydı, …
-
Ramin Musayevin ifşası
Əhmədovla bir ay öncədən plan qururmuşlar
-
Sizə belə «Neftçi» lazımdı?
Yaxud Kaxaber Tsxadadzenin Tərlan Əhmədovdan nəyi artıqdır?
-
«Bu, AZAL-ı uçuruma apara bilər»
Tərlan Əhmədov: «Və bu gələcəkdə də belə olacaq»
-
«Tərlanı ona görə indi gətirdik ki...»
«Bundan sonra nəsə etmək çətindi»
-
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ”ylə qolsuz bərabərliklə nəticələnən səfər matçından sonra mətbuat konfransı keçirilib. 48 yaşlı mütəxəssis əvvəlcə qarşılaşma haqda danışıb:
– Komandamın oyunundan razı qaldım. Nəticə oyuna görə oldu. Qarşılaşmaya yaxşı köklənmişdik. Az səhvə yol verdik, rəqibi təzyiq altında saxlaya bildik. Ən böyük problemimiz ondadır ki, qol vəziyyətlərindən istifadə edə bilmirik. Hər oyundan oyuna inkişaf edərək nəyəsə nail olmağa çalışırıq. Hələ şansımız var.
– Hər hissəyə fərqli tapşırıq olmuşdu?
– Həmişə hücum futbolunu xoşlamışam. Futbolun gözəlliyi qoldur. Demək olmaz ki, şanslarımız yalnız standart vəziyyətlərdən sonra yaranırdı. Başqa “silahımız” da var. Amil Yunanovun da özəllikləri var. Bildiyiniz kimi, Qəbələ dəniz səviyyəsindən hündürdür, adaptasiya 3 gün əvvəl olmalıdır. Futbolçularda oksigen çatışmazlığı var. İkinci hissədə 15 dəqiqə sonra hiss olundu ki, komandam “oturmuşdu”. Məşqçinin hərdən əli meydançanın içinə çatmır. Hər halda, 1 xal da 1 xaldır.
– İlk hissədə bir epizoda görə çox aqressiv oldunuz və hətta baş hakim sizə yaxınlaşaraq iradlarını bildirdi…
– Heç bir qayda pozuntusunun olmadığını bildirdim. Elə bir aqressivlik yox idi ki, sarı vərəqə olsun. Sarı vərəqə limitləri həddən artıq çoxdur. Futbolçularda istər-istəməz qorxu yaranır ki, bu da oyuna təsirini göstərir. Xoşladığımz futbol az fit, çox mübarizə olsun.
– Qış fasiləsindən sonra sizi ən çox nə razı salır, nə narazı?
– Düşünürəm ki, komandamız istədiyim futbolu oynayacaq. Qol epizodlarından yararlana bilmirik. Komandamızın qış fasiləsindən sonra daha çox mübarizə aparması, özünəinam yaranması məni sevindirir. Qalib gələ bilmirsə, bu, səhvimdir. Hər şeyi birdən həyata keçirmək olmur.
– “Keşlə”nin builki hədəfi nədir?
– Hər birimiz istəyirik ki, yuxarı yerlər uğrunda mübarizə aparaq. Bəli, keçən il “Keşlə” kuboku qazanıb. Ancaq komandanın liderləri həmin vaxt uzaqlaşdırılıb. Gedənlərin yerini hələ doldurmamışıq. Keçənilki komanda kimi formalaşdırmağa çalışırıq. Ancaq zamanım yoxdur. Reallıqla danışaq ki, “Qarabağ” və “Neftçi” qədər büdcəmiz yoxdur. Mən də istərdim ki, komandamda 300-400 minlik futbolçu olsun. Elə futbolçular vardı ki, bizim şərtlər onları qane etmədi.