vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
AKTUAL  
15:39 | 12 sentyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2813 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ramin Musayevin ifşası

Əhmədovla bir ay öncədən plan qururmuşlar

FƏRİD

MÖVZU İLƏ ƏLAQƏLİ

«Neftçi»də gözlənilən təyinat rəsmiləşdi. Tərlan Əhmədovun baş məşqçi postuna gələcəyini mətbuatdan gizlədə bilməyənlər onun ilk səhvlərini sığortalamağı da bacarmadı. Eyni bacarıqsızlıq, eyni səriştəsizlik.

Əhmədovun təyinatından prezident Orxan Hüseynzadənin də xəbəri yoxdu. Tərlan bəyi göndərdilər, o da qəbul edib, müqaviləni imzaladı. Tapşırıqla, göstərişlə, xahişlə - hər necəsə. Əsas odur ki, Hüseynzadə artıq formal fiqurdu, hər buyruğa baş əyib, «baş üstə» deyir. Prezident idarə üsuluna keçiləndən sonra 1-2 müsahibə verib, «indi hər şeyə cavabdeh mənəm» deyən cavan oğlan, sadəcə, əmr yerinə yetirən dəftərxana işçisinə çevrilib.

Amma Tərlan bəy elə «Neftçi»dəki ilk günüdə göstərdi ki, bu klub onun üçün də «razmer»cə böyükdü, kifayət qədər diplomat, bacarıqlı deyil. Səhvlər ilk gündən sıralanır və açıqlamalarındakı həqiqətlər bəlkə də tez bir zamanda elə onun əleyhinə çevriləcək.


1-ci səhv


Cümə günü Tərlan bəyin ilk mətbuat konfransı keçirilməliydi. Klubun bu elanından sonra «Futbolinfo» da eksklüziv müsahibə istəyindən vaz keçdi. Klubun addımı başadüşülən idi, kimisə küsdürməkdənsə, hamını bir tədbirdə məmnun etmək daha faydalıdı. Lakin Əhmədov hörmətsizlik etdi, hamıya 5-ci günü nişan verib, futbol təsərrüfatının ağasının saytına danışdı. Klubun rəsmi saytına yox ha... Yəqin ki, bu səhvi ona bağışlaya bilməyəcəyik.


2-ci səhv


6 il «Neftçi»də oynayan, 117 oyuna 6 qol vuran və yalnız ölkə kubokuna yiyələnə bilən Əhmədov kluba qayıdışında tatiki səhvlər də etdi. 2011-2013-cü illərdə »Neftçi»də məşqçi vəzifəsində çalışmış mütəxəssis flaqmanı AZAL-la bir tutdu. Ola bilsin, klubdakıların əksəriyyətinin sabiq AZAL-lılar olması onu da «atmosferə salıb».

«Gəldiyim iki saat ərzində futbolçularla həm komanda şəklində, həm də təklikdə söhbət etmişəm və inamsızlığın daha çox olduğunu gördüm. Nə özünə inam var, nə komanda yoldaşına. Sanki futboldan küsüblər. İstər-istəməz bunu bərpa etmək böyük bir vaxt tələb edir və bizim də kifayət qədər vaxtımız yoxdur».

Bu açıqlama qəbuledilməzdi. «Neftçi»yə gəlmisənsə, bəraət axtarmağa dəyməz. Bu, indidən ayaqyeri qoymağa bənzəyir. Düzdü, dedikləri həqiqətdi, lakin qarında saxlanması gərəkən həqiqət.


3-cü səhv


Əhmədov «Neftçi» ilə nəvaxtdan danışıqlara başlaması haqda suala cavab verərkən hər şeyi dolaşdırıb. Əslində, həqiqəti deyir, lakin yalnız bir adamın – Ramin Musayevin adını çəkməklə Peşəkar Futbol Liqasının prezidentini hədəf göstərir.»Ən böyük təklifi o etdi» açıqlaması SOCAR-ı, təsisçiləri, indiki rəhbərliyi, bu təyinatda rolu olmuş Sadıq Sadıqovu vecə almamaq deməkdi. Yəni ki, «Musayevin adamıyam».

Zatən, bu həqiqət hamıya bəlli idi. «Neftçi» kimi kluba day-daysız, təqdimatsız getmək müşkül məsələdi. Elxan Abdullayev baş katib Elxan Məmmədovun təqdimatıyla getmişdisə, Əhmədovu da Musayev göndərib. Bəlkə də Tərlan bəy çörəkverəninə təşəkkür üçün onun adını çəkib, lakin ciddi səhv edib. Bundan əks cəbhədəkilər əla faydalanacaq. Təyinatda rolu olan digər adamlar inciyəcək, Sadıqovla Musayev yenə üz-üzə qoyulacaq.

Hələ bu, harasıdı? «Neftçi»nin lehinə istənilən hakim səhvi Musayevin kadrına köməyi kimi dəyərləndiriləcək. Bu isə o deməkdi ki, Əhmədov oyunun startını uduzdu, qalan vaxtda da təzyiq altında olacaq, Ramin bəydən gözlənilən dəstəyi ürək rahatlığı ilə qəbul edə bilməyəcək. Və «Neftçi»nin növbəti uğursuzluqlarında artıq Ramin bəy də günah payını götürəcək.

Bu, Musayevin PFL-i atıb, «Neftçi»yə qayıdışıdımı? Hər şey ola bilər. Amma Əhmədovun bu açıqlaması yuxarı dairələrdə bəzi yenilənmələrə səbəb olacaq, hansısa klanın işinə yarayacaq. Axı, indiki rəhbərlik də klubu asanlıqla əldən vermək istəmir.


4-cü səhv


Müsahibənin hələ yenilənməmiş ilk versiyasında maraqlı bir detal var idi. «Neftçi» və PFL tez-tələsik müsahibənin getdiyi saytlara müraciət edib mətni dəyişdirdilər. Lakin ilkin versiyanı vaxtında foto halında kompüterin yaddaşına ata bildik. Çünki əmin idik ki, bu açıqlamaya mütləq əl gəzdiriləcək və yarım saat ərzində müsahibə yeniləndi, «quşlar» təmizləndi.

Şəkildə gördüyünüz müsahibənin ilk variantından bir hissədi. Orada yazılıb ki, Ramin Musayev hələ «Qarabağ»ın «Kopenhagen»lə Bakıdakı oyunundan öncə Əhmədovun «Neftçi»yə keçidinə hazırlıq getdiyi barədə məlumat veribmiş. Və əlavə edibmiş ki, məsələ yaxın günlərdə həll olunacaq.

Bildiyiniz kimi, «Qarabağ» – «Kopenhagen» oyunu avqustun 15-də baş tutdu. Ondan sonra isə «Neftçi» «Səbail»ə qarşı oynadı və uduzdu. Deməli, Elxan Abdullayev hələ «Neftçi»də ikən onun qovulması üçün planlar cızılırmış və Musayev bu oyunda baş rolda imiş. Bu, birbaşa klubun daxili işlərinə müdaxilədi. Musayevin PFL prezidenti olduğunu nəzərə alsaq, günahı, ümumiyyətlə, ikiqat artıqdı. Əcəba, niyə, hansı məqsədlə? Deməli, «Neftçi» uğrunda 5-6 dəstənin mübarizə aparması haqda deyilənlər bir daha isbatlanır.


5-ci səhv


«Sizcə, bu «Neftçi»ni müstəqillik dönəminin ən zəif «Neftçi»si adlandırmaq olar» sualına cavab da maraqlıdı: «Xeyr, «Neftçi»nin ən zəif dövrləri bundan əvvəl də olub. 1991-1992-ci illərdə də həmin hallar yaşanıb».

Əhmədov sanki ikili oyun oynayır. Statistika da göstərir ki, «Neftçi» hətta Gede dövründəki komandadan da zəifdi. Amma Əhmədov sanki Orxan Hüseynzadəyə yarınmaq üçün yalan danışır. Bəlkə də onu «Neftçi»yə gətirənlərlə indi klubda olanlar arasında qızıl ortanı tapmağa çalışır. Halbuki baş məşqçi Musayev, təsisçilər, SOCAR-dakılar tərəfindən ona görə göndərilib ki, klubun daxilindəki zibillər aşkara çıxarsın, onları təmizləyib irəliləyişə nail olsun. Əhmədov isə gələn kimi malanı əlinə götürdü.


6-cı səhv


Rəşad Sadiqovu özü ilə gətirən Əhmədov Emin Mahmudovla bağlı tərəddüdlə danışıb: «Yaxın günlərdə ola bilsin ki, Emin Mahmudov məsələsi həll olunsun. Yəni, indi büdcəmiz əl vermir ki, biz əlavə oyunçu alaq. Ən yaxşısını rəhbərlik bilər».

Əslində, müsahibənin ilkin versiyasında o, aşkar şəkildə Mahmudovu istəmədiyini bildirmişdi.

Beləliklə, Əhmədov pis başladı. Bu müsahibə bəlkə də «Neftçi»dəki karyerası boyunca onu kabus kimi izləyəcək. Bəlkə Ramin Musayevin ifşa olunması Orxan Hüseynzadənin də işinə yarayacaq və SOCAR-da dəngələri müəyyən müddətə dəyişəcək.

Dilim-dilim olasan, dilim… (futbolinfo.az)