vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
TOP OYUNLARI  
18:28 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 2444 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, AZAL-ı uçuruma apara bilər»

Tərlan Əhmədov: «Və bu gələcəkdə də belə olacaq»

Emin SƏFƏROV

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaqif Sadıqovla yollarını ayıran AZAL bu gün Tərlan Əhmədovla 2,5 illik müqavilə imzaladı. Müqavilə imzaladıqdan sonra futbolinfo.az saytına müsahibə verən Əhmədov təəssüratlarını bölüşməklə yanaşı, bəzi sualları da cavablandırdı.

 

- Tərlan müəllim, təbrik edirəm. Artıq AZAL-la müqavilə imzaladınız. Təəssüratlarınızı bilmək istərdik...

- Təşəkkür edirəm! 2,5 illik müqavilə imzaladıq. May ayına qədər komandada olan ruh düşgünlüyünü aradan qaldırmağa çalışacağıq. Çalışacağıq ki, qarşıdakı oyunlarda futbolçular maksimum dərəcədə yaxşı oyun nümayiş etdirsinlər, xal ehtiyatımızı bir qədər çoxaldaq. May ayından sonra isə qarşıya qoyulan məqsədə çatmaq üçün çalışacağıq.

 

- Vaqif Sadıqov əlinin altında o qədər də güclü futbolçular yox idi. Onun bacarmadığı vəzifə sizin üçün çətin olmayacaq ki?

- Qabaqdangəlmişlik etmək istəmirəm. Hər halda komanda 1-ci və 2-ci dövrədə uğurlu çıxış etmişdi. Futbolda hər komanda «qara zolağ»a düşür. Çalışacağıq ki, komandanı bu zolaqdan çıxaraq, futbolçuların özünə olan inamını qaytaraq.

 

- Vaxtilə Nazim Süleymanov, Vaqif Sadıqov AZAL-da rəsmi müqavilə ilə çalışmırdı. Siz necə, rəsmi müqavilə imzaladınız?

- Bu müqavilə notariusda təsdiq olunursa, deməli hüquqidi. Mən məsələnin digər tərəfinə baxmıram. Çünki AZAL-da futbol oynamışam. İnanmıram ki, burada kimisə aldatsınlar. Hər birimiz istefaya göndərilə bilərik. Bu cür məsələlər vaxtında öz həllini tapmalıdır. Hər halda notariusun təsdiq etdiyi müqaviləyə inanıram.

 

- Yəqin ki, növbəti mövsümdən etibarən qarşınıza avrokuboklara vəsiqə qazanmaq şərtini qoyublar...

- Hər bir məşqçinin qarşısına məqsəd qoyulur. Bu məsələ may ayından sonra müzakirə olunacaq. Düşünürəm ki, AZAL hər zaman iddialı yerlə üçün mübarizə aparıb. Və bu gələcəkdə də belə olacaq.

 

- İlk olaraq AZAL-da nəyi dəyişmək fikrindəsiniz?

- Hələ ki, heç nəyi dəyişmək fikrim yoxdu. Birdən-birə çempionatın axırında komandada nəyisə dəyişmək AZAL-ı uçuruma apara bilər. Hazırda komandanın qələbə ruhunu, əzmkarlığını geri qaytarmaq niyyətindəyəm.

 

- Bunun üçün heyəti yetərli hesab edirsiniz?

- Bu komanda artıq oynamağı bacarır. Heç kim də futbolda deyə bilməz ki , mən mütləq hər hansı bir nəticəni qazanacam. Allahın köməyi ilə bütün məsələlər öz həllini tapacaq.

 

- Bu işdə sizə kimlər kömək edəcək?

- Hələ ki, Tofiq müəllim köməkçimizdi. Yaxın günlərdə bir məşqçi köməkçimiz də olacaq. Vadar Nuriyevlə uşaqlıq dostuyuq, bir yerdə oynamışıq. Onun «İnter»lə müqaviləsi var. Bu, artıq onun istəyindən sonra ola bilər. Yaxın 1-2 gündə köməkçilərin kim olacağını biləcəksiniz.