vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
18:52 | 17 mart 2014 | Bazar ertəsi Məqaləyə 2333 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Bu, AFFA və PFL-ə böhtandır»

«Müqavilələrimizin hamısı arxivdə var»

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünən baş tutan «Neftçi» - AZAL matçından sonra qonaqların köməkçi məşqçisi Şakir Qəribov klublarla məşqçilər arasında müqavilə imzalanmamasından şikayətlənmişdi. O, bildirmişdi ki, məşqçilərin hamısı ilə müqavilə imzalanmır. «Təyyarəçilər»in çalışdırıcısı Vaqif Sadıqovun istefasına görə, klub rəhbərliyini də tənqid etmişdi.

Qəribovun bu ittihamlarına AZAL-ın cavabı gecikmədi. AZAL mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov saytımıza verdiyi açıqlamada məsələyə belə münasibət bildirib:

«Neftçi» ilə oyundan sonra Şakir Qəribov məşqçilərlə müqavilə imzalanmadığına dair fikir səsləndirib. Düzdü, Qəribov qeyd etməyib ki, məhz AZAL-da belə bir hal baş verir. O, ümumilikdə belə bir məsələni qaldırıb. Mətbuatda qeyd olunur ki, guya AZAL-da əvvəllər çalışmış məşqçilər müqaviləsiz işləyib. Bunu öz klubumuza qarşı hörmətsizlik hesab edirik. Bu, absurd bir məsələdi. Necə ola bilər ki, müqaviləsiz futbolda çalışasan? Müqavilə yoxdusa, həmin məşqçilər PFL-də qeydiyyatdan necə keçir? Bu, həm də AFFA və PFL-ə böhtandı. Belə çıxır ki, AZAL məşqçilərin adını PFL-ə deyir, onlar da qeydiyyatdan keçirir. Rəsmi olaraq bildirmək istəyirik ki, Nazim Süleymanovla Vaqif Sadıqov da AZAL-da müqavilə əsasında çalışıblar. Biz səslənən fikirləri heç cür qəbul etmirik. Nazim Süleymanov AZAL-da çalışanda bildiyim qədərilə avrokuboklardan sonra ona yeni müqavilə təklif olunacaqdı. Ancaq sonradan onun  istefa verməsi məsələni gündəmdən saldı. Nazim Süleymanov AZAL-da çalışdığı müddət ərzində müqavilə ilə çalışıb. AZAL futbol klubunda 2005-ci ildən bu günə qədər çalışmış məşqçilərlə olan müqavilələrimizin hamısı klubun arxivində var. Biz bunu mətbuatda da işıqlandıra bilərik».