vaxtlı-vaxtında oxuyun! Bazar, 29 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
GÜNDƏM  
09:26 | 28 fevral 2014 | Cümə Məqaləyə 2490 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Erməni ekspertin etirafı

Samvel Martirosyan: «Azərbaycanlı hakerlər bizə milli səviyyədə problemlər yaradıb»

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın «Anti-armenian Team» adlı hakerlər qrupunun 26 fevralda - Xocalı soyqırmı günü 300-dən artıq erməni saytını iflic etməsi düşmən ölkədə ciddi narahatlıq doğurub. Erməni media ekspertləri həyəcan təbili çalaraq bildiriblər ki, hücumlar fevralın 28-nə qədər davam edə bilər.

Lacin.info saytının məlumatına görə, Ermənistanın media eksperti Samvel Martirosyan bu barədə bildirib: «Fevral ayının 26-da azərbaycanlı hakerlər 300-dən artıq erməni saytına genişmiqyaslı hücum ediblər. Hücum nəticəsində 300-ə yaxın saytın fəaliyyəti xeyli vaxt dayanıb. Bir neçə sayt isə dağıdılaraq onların səhifəsinə Xocalını əks etdirən məlumatlar yerləşdirilib. Faktlar göstərir ki, azərbaycanlılar həddindən artıq uğurlu iş görə biliblər və bu bizə milli səviyyədə problemlər yaradıb. Bu dəfə Azərbaycan hakerləri fərqli hücum taktikası seçərək, domen.am-dan (domen.am Ermənistanın milli domen adı) istifadə edərək bizim zəif nöqtəmizi tapa biliblər».