vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
ELM-TEXNİKA  
14:37 | 28 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 1735 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“F-35”in haker qorxusu

5-ci nəsil qırıcı-bombardmançı təyyarələrin kibertəhlükəsizlik boşluqları varmış

Elxan POLADLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Təyyarə elektromaqnit spektrindən məlumatları toplayan bir sıra sensorlardan istifadə edir və güclü bort kompüter prosessorları ilə onları təkmilləşdirilmiş dəbilqəyə quraşdırılmış displey sistemində və pilot kabinəsinin böyük sensor ekranında pilota təqdim edir.

Bu zəngin məlumat axını həmçinin ən son rabitə və məlumat bağlantısı texnologiyasından istifadə edilərək döyüş meydanında müxtəlif qovşaqlara, o cümlədən gəmilərə, yerüstü komanda mərkəzlərinə və ya digər təyyarələrə ötürülür.

Logistika sistemi bu təyyarələrin ən güclü təsir bağışlayan funksiyası olmasa da, bu sistem dünyada operatorlara əsas platforma məlumatlarını paylaşmağa və müxtəlif döyüş təyyarələrini idarə etmək üçün təlim, texniki xidmət və daha geniş təchizat zənciri də daxil olmaqla bütün sahələrə aid 60-dan çox proqramdan istifadə etməyə imkan verən ilk sistem olacaq.

Sistem, Avtonom Logistika İnformasiya Sistemi (ALİS) kimi tanınır və təkmilləşdirilmiş qırıcı donanmasının idarə edilməsinin “onurğa sütunu” sayılır. “F-35”in məlumatları hər eskadronda yerləşən mərkəzləşdirilmiş serverdə saxlanılacaq, sonra isə mərkəzləşdirilmiş yerə yüklənəcək.

ALİS-in gördüyü ön böyük iş isə texniklərə təyyarə ilə bağlı problemlərin müəyyən edilməsində, o cümlədən profilaktik tədbirlərdə, həmçinin zəruri hallarda proqram təminatının düzəlişlərini həyata keçirməyə köməklik etməsindədir. Normalda texniki qulluqçu hər bir eskadronda yerləşən mərkəzləşdirilmiş serverdə saxlanmaq üçün “F-35”in məlumatlarını xüsusi noutbukdan istifadə edərək endirir və sonra Mərkəzi Giriş Nöqtəsi (“Central Point of Entry”) adlanan mərkəzləşdirilmiş yerə yükləyir.

Bu məlumatlar daha sonra bütün “F-35” məlumatlarının saxlandığı “Fort Worth”, Texasdakı “Lockheed Martin”in Avtonom Logistika Əməliyyat Birliyinə (ALOU) ötürülür.

2015-ci ildə proqrama cavabdeh olan zabit, general-leytenant Kris Boqdanın dediyinə görə, ALİS sistemi mürəkkəbliyi və bahalığına görə indi daha çox “silah sistemi” və uçuş sisteminin özünün ayrılmaz tərkib hissəsidir, nəinki sadəcə texniki dəstək sistemidir.

Bununla belə, ABŞ-ın Hökumət Hesabatlılığı İdarəsi (GAO) ALIS-dən istifadə edən işçilər arasında davamlı təhlükəsizlik narahatlıqlarının olduğunu vurğulayıb. Xüsusən də, məxfi və qeyri-məxfi serverlər arasında məlumatların ötürülməsi zamanı, CPE-lərin və ALOU-nun necə vahid uğursuzluq nöqtəsi (“single point of failure”) olduğu aşkarlanıb.

ALIS ilə bağlı ən böyük narahatlıq ondan ibarətdir ki, o, o qədər bir-birinə bağlı olan və qlobal miqyasda bütün F-35 istifadəçilərinin məlumatlarını bir yerə toplayan sistemdir ki, hakerlərin ona daxil ola bilməsi üçün çoxlu potensial giriş nöqtələri var.

Bu narahatlıq proqram üzərində işləyən ABŞ rəsmiləri tərəfindən də səslənib.

Hərbi Hava Qüvvələrinin “F-35” İnteqrasiya Bürosunun direktoru, briqada generalı Stiven Kost 2018-ci ilin noyabrında “Defence News”a deyib: “Bu, proqram əsaslı bir təyyarədir və istənilən proqram əsaslı platforma haker hücumuna məruz qalacaq”. O qeyd edib ki, ALIS, eləcə də Birgə Yenidən Proqramlaşdırma Mühiti kimi sistemlər “zəiflik qovşaqları”dır və onların müdafiəsi gücləndirilməlidir.

2012-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələri hakerlərindən ibarət xüsusi qrup ALİS sisteminə müdaxilə etməyə nail ola biliblər. Bundan sonra “Lockheed Martin” şirkəti ALİS-in kibermüdafiəsini gücləndirmək üçün bir sıra tədbirlər görsə də, sistemlə bağlı narahatlıqlar hələ də davam edir.

“F-35” istifadəçiləri üçün mümkün ssenari, ALİS və digər sistemlər arasında qarşılıqlı əlaqədən istifadə edib daha geniş beynəlxalq şəbəkəni yoluxduran həssas qovşaqlardan birinə zərərli hücumdur. Hipotetik olaraq, əsas proqram yeniləmələri mövcud olmadıqda və ya hissələri sifariş etmək mümkün olmadıqda texniki xidmət qrafiki pozula bilər, yəni təyyarə daha uzun müddət fəaliyyət göstərməyəcək.

2017-ci ildə Yuma Hava Limanından havaya qalxan ABŞ Dəniz Piyadalarının “F-35 B”ləri ALİS proqram təminatı yeniləməsində “anomaliyalar” aşkar edildikdən sonra müvəqqəti olaraq yerə endirilməli olub. Hadisə itkisiz ötüşsə də, ALİS-in korlanmış versiyası “F-35” donanmasını nə dərəcədə zədələyə biləcəyini ortaya qoydu.

Zərərli proqram, həmçinin mükəmməl xidmət göstərə bilən təyyarələri istismardan çıxararaq, ALİS-ə gizli şəkildə yalan məlumat vermək üçün sistemləri saxtalaşdıra bilər. ALİS “F-35”in çoxlu parametrlərini izlədiyinə görə, ən pis ssenaridə düşmən hakerləri  kritik texniki göstərici məlumatlarını silə bilərlər. Beləliklə, uçuş zamanı radardan yayınan “F-35”i söndürmək qeyri-mümkün olsa da, düşmən tərəfin elit haker qrupu təyyarəni uçuşdan əvvəl də yerə sala bilər.