vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
REGİON  
08:18 | 18 iyul 2022 | Bazar ertəsi Məqaləyə 1139 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Dodaqlarını tikənlər” gizli dili “danışdırdı”

İran kəşfiyyatının tam məxfi dəstəsi: orada kimlər var?

Orxan HUN

MÖVZU İLƏ ƏLAQƏLİ

“Dodaqlarını tikənlər” adlı haker qrupu İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) kiber qruplaşmasının və Kəşfiyyat İdarəsinin bir sıra əməkdaşlarının kimliyini ifşa edib.

Sözügedən qrup daha öncə İranın “Bəsic” və SEPAH orqanlarının kiber-fəaliyyətlərini üzə çıxarmışdı.

Adıçəkilən qrup həmin şəxsləri SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı “Najee Technology” və “Afkar Süstem” şirkətlərinin işçiləri kimi təqdim edib.

SEPAH həmin şəxslər vasitəsilə Avropa, Amerika və Avstraliyada bir sıra saytlara, təşkilatlara və hədəflərə kiberhücum təşkil edərək, şantaj yolu ilə onlardan məlumatlar tələb edib.

İranın SEPAH və “Bəsic” strukturlarının nəzarətində olan “Secnerd” xaker qruplaşması Qərb ölkələrinin şirkətlərinə kiberhücumlar etməklə yanaşı, İran İslam Respublikasının daxilində də əməliyyatlar aparır.

“Secnerd”in tərkibindəki “Najee Technology” şirkətinə Mənsur Əhmədi başçılıq edir. Bilavasitə kiberhücumlara görə isə Əli Ağa Əhmədi məsuldur.

Əhməd Xətibinin rəhbərlik etdiyi “Afkar Süstem” isə bilavasitə SEPAH-ın kəşfiyyat strukturlarına çalışır.

Sözügedən strukturların kiberhücumlarına İranda təhlükəsizlik təşkilatlarının birbaşa nəzarətindəki “Cobalt Mirage”, “Charming Kitten”, “Nemesis Kitten”, “Phosphorus” və “TunnelVision” nikli yerli hakerlər cəlb oluublar.

Onlar terror fəaliyyəti üçün “Log4j”, “Proxyshell” və “Fortinet” sistemlərindən istifadə edir, daha sonra “BitLocker” tipli proqramı işə salır, hədəf seçdikləri şəxsin və ya təşkilatın kompüterlərini bloklayır, sonda da şifrin verilməsi üçün külli miqdarda pul tələb edirlər.

SEPAH-ın əlahiddə “Sepah Cyberi” haker qruplaşmasından tapşırıq alınanda isə hədəfin kompüterlərindəki konfidensial məlumatlar oğurlanır.

Məlumatların oğurlanması və ələ keçirilməsi prosesinə isə Məhəmməd Şakəri və Fəridun Bariqazi rəhbərlik edirlər.