
Putin niyə atəşkəs istəmir?
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Ukrayna ilə bağlı arqumentlər Rusiya ordusu üçün də keçərlidir
Təbəssümləri də saxtadır
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
İki ukraynalı haker Rusiya rəsmilərinə aid e-maillləri necə «hack» etdikləri və Kremlin planlarını üzə çıxartdıqları barədə BBC-ə danışıblar.
Onlar «hack» etdikləri bir neçə e-mailin Rusiyanın hazırki siyasi sisteminin qurucularından biri olan Vladislav Surkova aid olduğunu iddia edirlər.
Cənab Surkov həmçinin Moskvanın Ukraynaya müdaxiləsi ilə bağlı Kremlin əsas fiqurlarından biridir.
Hakerlər iddia edirlər ki, onların Ukrayna dövləti və ya təhlükəsizlik xidməti ilə heç bir əlaqəsi yoxdur. Lakin onlar cənab Surkovun e-maillərini necə sındırmaqları barədə danışmaq istəməyiblər.
Hakerlər Ukraynanın şərqində 2014-cü ildən bəri Kiyevə qarşı vuruşan separatçıların Rusiya tərəfindən dəstəkləndiyinə inanırlar.
Moskva isə davamlı olaraq separatçı silahlılarla əlaqəsinin olmadığını bildirib münaqişənin «vətəndaş müharibəsi» olduğunu təkrar edir.
İddia olunur ki, sənədlər arasında Ukraynanın şərqindəki rusiyapərəst «respublikalar» üçün büdcə xərcləri göstərilir.
Eynilə üsyançıların nəzarətində olan bölgələrin yanacaqla təchizatına dair planların olduğu iddia edilir.
Rusiyapərəst qüvvələrin lideri Denis Puşilin tərəfindən göndərildiyi deyilən e-maildə üç regiona bölünmüş Ukrayna xəritəsinin olduğu qeyd edilir.
Xəritədə Ukraynanın şərqi «Novorossiya» (Yeni Rusiya) kimi göstərilir. Ukraynanın mərkəzi isə «Malorossiya» (Kiçik Rusiya) adı ilə qeyd olunur.
Ayrı-ayrılıqda e-maillər «son dərəcə dramatik» məlumat daşımır, lakin ümumilikdə götürülsə e-maillər əhəmiyyətli mənbədir, Britaniyalı jurnalist Eliot Hiqqins belə hesab edir.
«Biz bundan əvvəl Kremllə separatçılar arasında birbaşa əlaqənin olduğunu göstərən «hack» olunmuş məlumatları görməmişdik», jurnalist deyib.
Rusiyanın Tass xəbər agentliyi keçən həftə e-mail sızmaları ilə bağlı prezident Vladimir Putinin sözçüsü Dmitri Peskova istinadən yazıb ki, Vladimir Surkov e-mail işlətmir.
BBC ukraynalı hakerlərdən gördükləri işin nə qədər əxlaqi olması barədə soruşduqda onlardan biri «İnsanları silah və tanklarla öldürmək əxlaqidir? Məncə yox... «hack» etmək insan öldürməkdən daha əxlaqidir», - deyə cavab verib.
Rusiya hökuməti e-maillərdəki və bu məqalədə irəli sürülən bütün iddiaları rədd edir.