vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 3 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
ELM-TƏHSİL, DİN  
12:13 | 4 iyun 2019 | Çərşənbə axşamı Məqaləyə 2731 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İnsanlara alternativ verin

Ən asan yol qadağadır, bağlamağa nə var ki ...

Azər QƏRİBOV

Son 5 - 6 ildə dəfələrlə bu haqda yazmışam, bir daha yazım, təkrarlanma olsa belə.

Bu yaxınlarda Parlamentdə növbəti dəfə fikir səsləndi ki, büdcədən maliyə ayrılmasın rus məktəblərinə, amma biri də durub demədi ki, gəlin ingilis məktəblərini də maliyəşdirək.

Ay millət vəkilləri, büdcəni siz təsdiq edirsiniz, bütün məktəbləri pulsuz edin və bundan sonra baxın görün millət hansına axışacaq, rus məktəbinə, yoxsa ingilisə.

İndi vəziyyət necədir? Kimin imkanı var, verir uşağını ingilis məktəbinə, kimin imkanı yoxdur, amma balasına xarici dildə təhsil vermək istəyir, gedir rus məktəbinə.

Nəyə görə rus məktəblərinə tələbat ildən ilə artır? Bax bunu təhlil etmək lazımdır, bunu! Bu sual sizi düşündürməlidir!

Rus məktəblərinə tələbat ona görə artmır ki, hamının ürəyi gedir rus dili üçün. Sadəcə bu, yeganə imkandır ki, xarici dildə pulsuz təhsil verə biləsən uşağına və ona daha geniş bilgi almaq imkanlarını yaradasan, müasir dünyanın tələblərinə daha uyğun edəsən onu.

Deyirlər, 100 milyon manat gedir büdcədən rus məktəblərinə, gəlin dayandıraq. Bəlkə əksinə, daha 100 milyon ayırıb pulsuz ingilis məktəbləri açasınız?

Nədir Azərbaycan üçün 100 milyon? Məmurları yüngülvari silkələsən, onun beşqatını yığmaq olar.

Heç uzağa getməyək, Topaz-dan əldə edilən gəlir onun rəhbərlərinin imarət və limuzinlərinə deyil, təhsilə yönəlsə bu, kifayətdir.

Topaz gəncləri kütləvi olaraq qumar iynəsinə oturdur, bu heç kimi narahat etmir, amma rus dilində təhsil alanlar sən demə qumarbazlardan daha təhlükəlidirlər.

Bizim prioritetlərimizə bir baxın!

İnsan seçimində sərbəst olmalıdır. Bizim şəraitdə, bizim reallıqlarda, cəmiyyətin müəyyən deqradasiyasının və təhsilə marağın azalması fonunda xarici dildə oxumaq istəyən cibinə yox, dövlətə arxalanmalıdır.

Baxın, ingilis məktəblərində kimlər oxuyur? Bəli, özünüz bilirsiniz, indidən seqreqasiya gedir, ayrı-seçkilik aqressivləşir, varlı ilə kasıbın arasında olan uçurum daha da dərinləşir.

Ona görə, ya bütün məktəbləri pulsuz edin, ya əl çəkin bu mövzudan.

Digər problemlərə diqqət yetirin, elə edin ki, valideynlər könüllü olaraq axışsın Azərbaycan məktəblərinə, rus məktəbləri işsiz qalsın!

Kompüter oyunları olsun, internetdə dolğun informasiya olsun, cizgi filmləri, uşaq kinosu, tərcümələr çox olsun, bu haqda danışın!

Nəyə görə Vətəninə sadiq, doğma diyarını sevən, Rusiya siyasətini dəstəkləməyən və maliyyə imkanları məhdud olan valideyn uşağını Azərbaycan məktəbinə deyil, rus məktəbinə verir?

Çünki siz səylərinizi Azərbaycan məktəblərinin cəlbediciliyinə deyil, rus məktəblərinin bağlanmasına yönəldirsiniz.

Ən asan yol qadağadır, bağlamağa nə var ki. Siz alternativ verin insanlara, alternativ!


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)