vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
İZDİHAM  
18:09 | 1 mart 2014 | Şənbə Məqaləyə 2494 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Şalvarını çıxaran döyüləcək»

«Şalvarsız bir gün» aksiyası baş tutmadı; hiddətlənən millətçi gənclər metrolara axışdılar; polis səfərbər olundu

Cavanşir ABBASLI

MÖVZU İLƏ ƏLAQƏLİ

Martın 1-də metrostansiyalarda «Metroda şalvarsız bir gün» aksiyasının keçirilməsi ilə bağlı mətbuat və sosial şəbəkələrdə xəbərlər yayılmışdı. Artıq neçə gün idi ki, sosial şəbəkələrdə bu aksiya ilə bağlı qızğın müzakirələr gedirdi. Daxili İşlər Nazirliyi də mövzu ilə bağlı öz mövqeyini açıqlamışdı. Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, qanunsuz keçirilən bu «flaşmob»un qarşısı alınacaq.

Əsasən metronun 3 stansiyasında - «28 may» , «Gənclik» və «Sahil» də bu «flaşmob»un keçiriləcəyi gözlənilirdi. Aksiya olarsa, qarşısını almaq üçün çoxlu sayda səfərbər olunmuş polislər gözə çarpırdı. Metro qatarlarının gəlişi zamanı sərnişinlərə ciddi fikir verilirdi. Xüsusilə aksiyanın keçiriləcəyi metrostansiyalarında polislərin və mülki geyimlilərin çox olması , bu aksiyaya diqqət ayrılmasının göstəricisi idi. Polislər insanların bir yerə toplaşmasına imkan vermirdilər.

Bu aksiya xəbərindən hiddətlənən mühafizəkar gənclər metrolara axışmışdılar. Onlarla söhbətimizdə bildirdilər ki, bu aksiya baş tutarsa, iştirakçıların cavablarını verəcəklər. Bu işdə xüsusilə, Milliyyətçi Gənclər Hərəkatının üzvləri fəal idilər.

Milliyyətçi Gənclər Hərəkatının fəal üzvlərindən İsmayıl Camalov bütün günü «28 may» metrosunda olduğunu söylədi: «Səhər tezdən burdayam. Biz millətçilər qərara almışıq ki, xalqımızın əxlaqi-mənəvi dəyərlərinə ləkə salan hər bir hərəkətə qarşı olaq. Bu aksiyada bunlardan biridir. Millətçi gənclər olaraq, bütün metrolarda keşik çəkirik. Bu bizim vətəndaşlıq borcumuzdur».

Günün sonunda artıq aksiyanın keçirilməyəcəyi dəqiqləşdi. İnsanların üzündən sevinc işartıları yağırdı. Bu isə hər kəsdə bu «flaşmob»un keçiriləcəyindən narahatçılıq olduğunu göstərirdi.