... Hamının doğum günü
Elmin yeganə mürşid olduğunu qəbul edənlərin ...
İbrahim NƏBİOĞLU
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qalileyin müasiri ...
... Eynşteynin nəzəri olaraq ortaya çıxardığını praktiki olaraq isbat edən dahi
-
Riyaziyyatın şahzadəsi
Kurt Gödel: “Mən empirik elmə inanmıram. İnandığım yalnız apriori həqiqətdir”
-
Qara Dəliklərdə inanılmaz nəticə
Keçmiş silinir və gələcəyin sonsuz variantları yaranır
-
İzahsız şeylərin mizahı
Yaxud Elman Nəsirovda Albert Eynşteyn “simptomları”
-
Orta məktəbdə «sürünən» məşhurlar
Yalnız şanslı insan bu cür tanınmş ola bilər
-
Kül keçəlin başına...
Elə coğrafiya var ki, orada «torpaq yetişdirmir»
-
İnternetdə Eynşteyn üsulu
Alimlərin təklif etdiyi yeni üsulda şifrələrin qırılması problemi olmayacaq
-
«Yəhudi fenomeni: əbədi xəzinəyə 7 açar»
Tanrı bütün xalqları eyni imkanda yaradıb, amma ...
İsaak Nyutona qədər Yerdə və fəzada cisimlərin hərəkətləri izah edilə bilmirdi. Çoxları elə hesab edirdilər ki, insanın taleyi qorxulu ruh və iblislərin fitnələri, hiylələrilə təyin olunur. Cadugərlik, mövhumat, xurafat və ovsunlama Avropanın elmi mərkəzlərində ciddi müzakirə olunurdu. Elm bugünkü anlamda mövcud deyildi.
Yunan filosofları və xristian teoloqları cisimlərin istək və emosiyalarla hərəkət etdiyini düşünürdülər. Aristotelin ardıcıllarına görə hərəkətdə olan cisimlər zamanla “yorulur” və sürətlərini azaldırlar. Cisimlər yerə ona görə düşürlər ki, Yerlə birləşməyi “arzu edirlər” – o vaxtkı alimlər belə izah edirdilər.
Ruhların xaotik dünyasına nizamı gətirəcək adam Albert Eynşteynin tam tərsi idi. Temperamenti və xarakterinə görə ondan xeyli fərqlənirdi. Əgər Eynşteyn ünsiyyəti sevən, insanlarla dialoqu sevən biri idisə, Nyuton özünə qapalılığı və paranoyaya meyilli olması ilə tanınırdı. Şübhəçi idi, hamı ilə münaqişə edir, elmi prioritetinin üstünlüyünü gözə soxurdu. Çox azdanışandı, hətta o qədər ünsiyyətdən qaçırdı ki, Britaniya parlamentinin üzvü olduğu müddətdə iclaslarda cəmi bircə cümlə söyləmişdi: hava cərəyan etdiyi üçün pristavdan pəncərəni bağlamağı xahiş etmişdi.
Nyuton da, Eynşteyn də dahi idilər, onları çox şey birləşdirirdi. Hər ikisi həftələrlə, hətta aylarla evdən çıxmadan çalışa bilir, fiziki olaraq tükənənə qədər yazıb, pozurdular. Və hər ikisi Kainatın sirlərini açaraq, onları sadə şəkildə təsvir etməyə nail oldular…
Bu gün – 4 yanvar bizə Dünyanı sevdirən, onun Nizamına valeh etdirən İsaak Nyutonun (1643-1727) doğum günüdür.
Bu gün Elmə inanan, Elmin yeganə mürşid olduğunu qəbul edən hamımızın doğum gündür!