Birotaqlı evlər bahalaşdı
Qiymətlər 35-120 min arasında dəyişir
JALƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
60-80 min manat civarında ...
Köhnə binalardan mənzil alanların sayı artıb
-
Əcnəbilər 2112 mənzil alıb
Rusiyadan Bakıya köç çoxalıb
-
Ev almaq istəyənlərin tələbləri dəyişib
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
-
Daşınmaz əmlak alqı-satqısında güzəştlər
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
-
Pulunuzu boşa xərcləməyin
Ev dəllalları müştəriləri necə aldadır?
-
“Başqalarına etibarnamə verməyin”
Ev alarkən aldanmamaq üçün nələri bilmək vacibdir?
-
Ev probleminin yeni həlli
Kimlər kirayə mənzilə sahib ola biləcəklər?
-
MTK-ların təhvil yalanı
Alıcıların hüquqları pozulur
-
Bağ evləri bahalaşıb
Bakının daşınmaz əmlak bazarında qiymətlərlə bağlı proqnoz
-
“Alimlər şəhərciyi”ndə kimlər mənzil ala biləcək?
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
-
Göydələnlərdəki qiymətlər yerə enir
Yeni tikilən binalardakı mənzillər ucuzlaşır
-
«Sahil» metrostansiyası iyulun 1-də açılacaq
Növbədə «Xətai»dir ...
-
Paytaxtdakı mülklərin fantastik qiyməti
Bakıda 3 milyona mənzil, 10 milyona villa satılır
-
Aldana bilərsiniz!
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
-
Mənzil alışında yeni ödəniş qaydası gəlir
Mülki Məcəllədə dəyişiklik edilir
-
İllik 1,2 faiz
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
«Hazırda Bakıda birotaqlı evlərin qiyməti 35 min manatdan 120 min manatadək dəyişir». Bunu virtualaz.org saytına açıqlamasında «Əmlаk Bаzаrı İştirаkçılаrı» İctimаi Birliyinin rəhbəri Ramil Osmanlı deyib.
R.Osmanlının sözlərinə görə, 35-40 min
manata yalnız paytaxtın ucqar bölgəsində ev tapmaq mümkündür: «Metronun «Sahil»
və «İçərişəhər» stansiyaları yaxınlığında birotaqlı mənzillərin qiyməti 100-120
min manat arasında dəyişir. «Gənclik» stansiyasının ətrafında birotaqlı
mənzilləri 78-80 min manata təklif edirlər».
«Nərimanov» metrosunun yaxınlığında
65-70 min manata birotaqlı mənzil almaq mümkündür. Ümumilikdə isə bu ilin ötən
dövründə mənzillərin qiyməti 11,7 faiz artıb. Bu artım özünü birotaqlı evlətin
qiymətində daha çox göstərir.
Ekspert deyir ki, Bakıda birotaqlı
mənzillərə tələbat həmişə böyük olub. Amma son vaxtlar şəhərin müxtəlif
ərazilərində aparılan söküntüdən sonra birotaqlıların qiyməti çox yüksəlib,
çünki belə mənzillərə tələbat artıb. Bu da onunla bağlıdır ki, bu vaxta qədər
həyət evlərində bir yerdə yaşayan və evləri plana düşən ailələr köçəndə
ayrı-ayrı mənzillər almağa məcburdur.
R.Osmanlı təkrar mənzil bazarına
tələbatın azalması ilə bağlı fikirlərə də aydınlıq gətirib: «Təkrar mənzil
bazarına tələbatın azalması ilə bağlı səsləndirilən proqnozlar doğru deyil.
Hətta əksinə, bu gün mənzil bazarında təkrar mənzillərə tələbat çoxdur. Bu gün
bazarda satılan mənzillərin 70 faizi ipoteka kreditləri hesabına alınır. İlkin
bazarda sənədlədirmə, kommunal xidmət və digər problemlər ilkin mənzil bazarına
etibarı azaldıb. Buna görə də yaxın illər ərzində təkrar bazara tələbat
azalmayacaq».
Təşkilat rəhbəri elit mənzillərin qiymətində bahalaşma olduğunu dedi: «Elit mənzillərdə kvadrata və layihələndirməyə görə qiymətlər dəyişir. Amma ümumilikdə elit mənzillərin qiymətində artım qeydə alınıb».