

Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Sanki binaların qarşısında avtomobillərdən barrikada qurulur
“İkinci yerdə banklardır”
“Smart City - Ağıllı Şəhər”də ən son texnoloji yeniliklər tətbiq ediləcək
Yeni tikilən binalardakı mənzillər ucuzlaşır
Türkiyədə ev almaq istəyənlərə xəbərdarlıq
Bakının «Çuxur məhəlləsində» söküntü, sakinlər kompensasiya məbləğinə yenidən baxılmağı tələb edir
Mülki Məcəllədə dəyişiklik edilir
Dünyada ən ucuz ipoteka krediti Yaponiyada verilir
«Neft bahalaşması, manatın güclənməsi investorlarda inam yaradıb»
Tikintisi başa çatmayan binalarda isə mənzillərin pulunun tam ödənilməsi tələb edilə bilməz
Girov qoyulan evlər sökülür
Azərbaycanda binaların qanunsuz tikintisinə, bir mənzilin iki və daha artıq şəxsə satılmasına qarşı mübarizə aparılsa da tikinti sektorunda problemlər bunlarla bitmir.
Alıcılar tikinti şirkətlərinin binaları vaxtında yaşayışa təhvil verməmələrindən şikayət edirlər. Yüzlərlə alıcılar aldadılır və hüquqları pozulur.
Məsələn, tikinti şirkəti alıcıya mənzilin 6 ay sonra yaşayışa təhvil verəcəyini bildirir. Kirayə və aylıq ödəniş xərclərini hesablayan alıcı bu şərtlə tanış olur və mənzili götürür. Lakin 6 ay başa çatsa da bina təhvil verilmir, məlum olur ki, işlər ən azı 4 ay da gecikəcəkdir. Kirayədə qalan alıcı bu yalana görə ən azı 4 ay əlavə kirayə haqqı ödəməli olur. Bu gecikmələrə görə, alıcılar müxtəlif ssenarilər üzrə zərərə məruz qalırlar.
Ümumiyyətlə, bəzi tikinti şirkətlərində yalan adi hal alıb. Verdiyi sözə əməl edən, müştəri məmnuniyyətinə önəm verən tikinti şirkəti azdır.
Bu sahədə problem təkcə binanın vaxtında təhvil verilməməsi deyil. Digər bir problem, vəd verilən xidmətlərin yaşayış başlayandan sonra göstərilməməsidir. Məsələn, tikinti şirkətlərindən biri, alıcıya binanın qarajı olduğunu və aylıq icarə haqqını ödəməklə avtomobilini bu qarajda saxlayacağını bildirib. Amma bina yaşayışa verildikdən bir müddət sonra qarajın nağd satıldığı deyilib. İcarə sahiblərinin avtomobilləri qarajdan çıxardılıb.
Əslində qiymətə daxil olmalı olan işlərin müştərilərin hesabına aparılması, sənədləşmə üçün əlavə ödənişlərin alınması, işlərin keyfiyyətsiz görülməsi, şirkət əməkdaşlarının müştərilər ilə kobud danışmaları, aldadıcı reklamlar və s. bu sahədəki digər problemlərdir.
Bir çox sahələrdə olduğu kimi, tikinti sektorunda da satış və xidmətə nəzarətin vaxtı gəlib çatıb. Bu sahədə istehlakçıların hüquqlarının pozulmasına son qoyulmalıdır.