vaxtlı-vaxtında oxuyun! Şənbə, 12 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
TURİZM, NƏQLİYYAT  
Avropada elektrikli skuterlərə nömrə məcburiyyəti 09:09 | 10 iyul 2025 | Cümə axşamı Məqaləyə 35 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada elektrikli skuterlərə nömrə məcburiyyəti

Yeni qaydalara əməl etməyənlərə cərimə və nəqliyyat vasitəsinin müsadirəsi tətbiq ediləcək

MURAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Hollandiya hökuməti iyulun 1-dən etibarən bəzi elektrikli skuterlərə (e-step) dövlət nömrə nişanı taxma məcburiyyəti tətbiq edib. Yeni qanun, yol təhlükəsizliyini artırmaq və hansı skuterlərin yollarda istifadəsinə icazə verildiyini dəqiq müəyyənləşdirməyi hədəfləyir.

 

Kimlərə şamil olunur?

 

Bu məcburiyyət, yalnız Hollandiya Yol Nəqliyyatı İdarəsi (RDW) tərəfindən təsdiqlənmiş, motor gücü 250 vattı keçməyən və maksimal sürəti saatda 25 km olan skuterlərə aiddir. Bu kateqoriyadakı elektrikli skuterlər istifadəçinin itələməsinə ehtiyac qalmadan hərəkət edə bilir.

Ancaq satışda olan bir çox e-step modeli bu texniki tələblərə uyğun gəlmir. Bu səbəbdən uyğunsuz modellərə nömrə verilməyəcək və onların ictimai yollarda istifadəsi qadağan olunacaq. Qanunsuz sürülən skuterlər polis tərəfindən müsadirə edilə bilər, sürücülərə isə cərimə tətbiq olunacaq.

 

Pedalla dəstəklənən modellər istisnadır

 

Əgər skuter yalnız istifadəçinin hərəkəti ilə işləyirsə və əlavə elektrik dəstəyi varsa, bu modellər üçün nömrə nişanı məcburiyyəti tətbiq edilmir. Lakin bu skuterlər də 250 vatt gücünü keçməməli və maksimal sürəti 25 km/saat olmalıdır.

 

Trafikə çıxmaq üçün tələb olunan əsas şərtlər

 

Nömrə almaq məcburiyyətində olan skuterlərlə yollara çıxmaq istəyənlər aşağıdakı qaydaları yerinə yetirməlidirlər:

 

Maksimal sürət: 25 km/saat

Sürücülük vəsiqəsi tələb olunmur

Nömrə nişanı mütləqdir

Kask taxmaq məcburi deyil

Sürmə yalnız velosiped yolları və ya motorlu velosiped yollarında mümkündür

Piyada səkilərində sürmək qadağandır

Sürərkən telefon və digər cihazlar əl ilə istifadə edilə bilməz (əllər sərbəst olduqda istifadə icazəlidir)

Alkoqol, narkotik və ya müəyyən dərmanların təsiri altında istifadə qadağandır

Minimum yaş həddi – 16

Skuter məcburi yol sığortası ilə sığortalanmalı və sığorta etiketi görünən yerə yapışdırılmalıdır

***

Yeni qayda 1 iyul 2025-dən qüvvəyə minsə də, bu tarixdən əvvəl təhlükəsizlik təsdiqi almış, lakin hələ nömrə almamış skuter sahiblərinə bir il möhlət verilib. 2026-cı il iyulun 1-nə qədər nömrə alınmadığı halda, həmin vasitənin trafikə çıxmasına icazə verilməyəcək.