Gümüş yenə rekord qırdı
Paladiumda isə üç ilin zirvəsinə çatdı
12:17 | 16 iyul 2025 | Çərşənbə
Məqaləyə 327 dəfə baxılıb
Şriftin ölçüsü
Paladiumda isə üç ilin zirvəsinə çatdı
Qızıl, gümüş və platin yeni tarixi zirvəyə çatdı
Qiymətli metal aşağı həddəki psixoloji həddi keçdi
Qiymətli metal 4 min dollar həddinə doğru geriləyir
Qızıl və gümüş bazarındakı kəskin enişin səbəbi
Qızılda 12 ilin ən böyük ucuzlaşması
İnvestorların qazancdan satışı qiyməti aşağı saldı
Qlobal birjalarda narahatlıq davam edir
Qiymətli metal investisiya banklarının proqnozlarından daha sürətlə bahalaşır
Analitiklər bunu müvəqqəti sayır
Qorxular qiymətli metalı gücləndirir
Nyu-York bazarları ilə London Metal Birjası arasında qiymət uçurumu yaranıb
Venesueladakı faciədə 14 nəfər həlak oldu
“Bloomberg” ən son proqnozları açıqladı
“Bloomberg” qiymətli metalla bağlı iki il üçün proqnozları açıqladı
Qiymətli metal 4.185 dollara yüksəldi
“Citigroup Inc.” fiziki təklifin azalması və artan investisiya tələbi səbəbindən gümüşün unsiyasının 40 dolları keçərək yüksəlişini davam etdirəcəyini proqnozlaşdırır. Bank qızıl mövzusunda isə daha ehtiyatlı mövqeyini qoruyub saxlayır.
“Citigroup”un analitikləri, o cümlədən Maks Leytonun da olduğu qrupun hazırladığı qeydə əsasən, gümüşün üç aylıq qiymət proqnozu 38 dollardan 40 dollara, 6-12 aylıq proqnozu isə 43 dollara yüksəldilib, amma qızıl üçün proqnoz dəyişməyib. Banka görə, qızılda yüksək zirvələr artıq geridə qalıb və gələn il üçün qiymətin 3 min dolların altında olacağı gözlənilir.
Citigroup analitikləri gümüşlə bağlı, “gümüş təklifinin azalacağını gözləyirik. Son zamanlar gümüş qiymətlərindəki yüksəlişin səbəbi təkcə qızılı tutmağa çalışmaq deyil, həm də gümüşün güclü fundamentlərinin əksidir”, – deyib.
Qəzəl bu il qiymətli metallar arasında ən yaxşı performans göstərən aktivlərdən olub. Mərkəzi bankların alımları və fondlara (ETF) yönələn sərmayələr qızıla rekord qiymət gətirərkən, ABŞ-ın liderliyində gedən ticarət müharibəsi təhlükəsiz liman tələbinin artmasına səbəb olub. Həm sənaye xammalı, həm də maliyyə aktiv kimi qəbul edilən gümüş isə il əvvəlinə nisbətən qızıldan daha yüksək gəlir gətirib.
“Citigroup” analitiklərinə görə, ABŞ Mərkəzi Bankının (FED) gözlənilən faiz endirimləri də gümüş qiymətlərinə dəstək olacaq.
Spot bazarda gümüşün qiyməti unsiya başına 38 dolların altında olsa da, ilin əvvəlindən bu yana 31 faiz dəyər qazanıb.