Daşınmaz əmlak alqı-satqısında güzəştlər
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Vüqar BAYRAMOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
ƏDV-dən qazanc dəbə minib...
Mənzil alanda faizin geri qaytarılması şərtləri necədir?
-
10 il vergidən azad ...
Kimlər nağdsız ödəmədə ƏDV-nin 30 faizini geri alacaq?
-
ƏDV ləğv olunmsunmu?
Aztəminatlı ailələrə yardım üçün mexanizm hazırlanmalıdır
-
Ev almaq istəyənlərin tələbləri dəyişib
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
-
Kitabsevərlər sevinəcək ...
Vacib məsələ həll olundu, qaldı – tərcümə, termin, oxucu azlığı və istəksizliyi problemi
-
Nazirlər Kabineti siyahını təsdiqlədi
ƏDV-dən azad olunan çap məhsulları
-
Bu il mənfəət vergisi az yığıla bilər
Səbəb nağdlaşdırma üzrə sadələşdirilmiş vergidir
-
İpoteka ilə mənzil götürənlərə bəd xəbər
Krediti gecikdirdiyiniz və ya ödəyə bilmədiyiniz halda mənzilini məhkəməsiz satışa çıxarıla bilər
-
Dələduz Vəsait
Bakıda onlarla adamı aldadıb saxta sənədlərlə torpaq satan şəxs kimdir?!...
-
Daşınmaz əmlakda netto-brutto problemi
Diqqətli olun - mənzil bazarında növbəti fırıldaq
-
Mənzillər bahalaşır
Qiymətlərin sentyabrdan sonra daha da artacağı gözlənilir
-
Satan çoxalıb, alan yoxdur...
Oliqarxların milyonlarla manatlıq mülkləri
-
Əcnəbilər Bakıdan ev alır
İran vətəndaşlarının və ərəblərin Azərbaycan mənzil bazarına marağı artır
-
8 çətinliyin 1 çıxış yolu
Banklarda nağdlaşdırmaya qarşı qoyulan limit...
-
Yüksək maaş almayanlar üçün fürsət
Sosial mənzillərin elektron qeydiyyatının başlanmasına 10 gün qaldı
-
Nazir problemi yerində həll etdi
Fazil Məmmədov muğan bölgəsində olub, 5 rayonun sahibkarlarının şikayətlərini dinləyib
Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nı təsdiq edib.
Sənədlə fiziki şəxs olan istehlakçılar tərəfindən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış əmlaka görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və qaydası müəyyənləşdirilib. Belə ki, qaydalar Vergi Məcəlləsinin 165.6-cı maddəsinə uyğun olaraq hazırlanıb.
ƏDV-nin geri qaytarılması istər yaşayış, istərsə də qeyr-yaşayış əmlak nağdsız şəkildə alındıqda tətbiq olunur. Qeyd edək ki, hazırda əmlak satışı nağdsız, yəni banklar vasitəsi ilə həyata keçirilir. Bu zaman vəsaitin geri qaytarılması təqdim edilmiş elektron qaimə-faktura üzrə əmlakın qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq ediləcək.
Geri qaytarılan vəsait alıcının bank hesabına köçürüləcək. Məsələn, alıcı mənzil alan zaman 50 min manat ƏDV ödəyibsə həmin vəsaitin 15 min manatı alıcının hesabına qaytarılacaq. Bununla da alıcının ödədiyi vəsaitin bir hissəsinə bonus olaraq ona geri qaytarılacaq.
ƏDV-nin geri qaytarılması əmlakın dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Əmlakın alınması üçün hissə-hissə ödəniş edilərsə, ƏDV əmlak sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür.
Qaydalara əsasən, alıcı eyni binadan bir və ya bir neçə əmlak aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetrdən və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Alıcının eyni binadan sahəsi 500 kvadratmetrdən artıq olan bir neçə yaşayış və ya qeyri-yaşayış sahəsi alması zamanı əmlak sahələrinin bir kvadratmetrinin satış qiyməti fərqli olduqda, ƏDV-nin qaytarılması məqsədilə 500 kvadratmetr hissə müəyyən edilərkən bir kvadratmetrinin satış qiyməti daha yüksək olan əmlak sahəsi əsas götürülür. Yəni, vətəndaş eyni binadan fərqli qiymətə 3 mənzil alıb. Qiymətlər fərqli olduğundan ödənilən ƏDV məbləği də dəyişir. Məsələn, bir mənzil üzrə ƏDV məbləği 50 min, digəri üzrə 55, sonuncu üzrə 60 min manat olub. Bu zaman ƏDV ödənilməsi 60 min manata əsasən həyata keçiriləcək.
Mütənasib ödənilmiş ƏDV-ə hesablanmanın mahiyyəti ondan ibarətdir ki, əgər vətəndaşın aldığı əmlakın sahəsi 600 kvadratmetrdirsə o zaman onun 500 kvadratmetrinə görə ödədiyi məbləğə əsasən ƏDV nəzərə alınır və geri qaytarılır. Bu zaman alınan əmlakın 1 kvadratmetrinə düşən məbləğə əsasən hesablama aparılır. Məsələn, 600 min kvadratmetr sahəsi olan əmlaka 900 min manat ödənilibsə bu o deməkdir ki, əmlakın 1 kvadratmetrinin qiyməti 1500 manatdır. Bu zaman 750 000 manatlıq hissəsinin ƏDV-si hesablanır (18.0 %) və həmin məbləğin 30 faizi alıcıya qaytarılır.
Əmlakın alınmasına görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 iş günü müddətində qaytarılacaq.