
Tikintidə inqilabi kəşf
Özünü bərpa edən yeni nəsil kərpiclər – zəlzələyə çarə
Özünü bərpa edən yeni nəsil kərpiclər – zəlzələyə çarə
İmtiyazlı kateqoriyaya uyğun gələnlərə lazım olacaq sənədlərin siyahısı
Dünyanın ən böyük elektrik gəmisi istifadəyə verilib
Söküntülərdə kiçik sahəsi olan evlərə kompensasiyalar necə ödənilə bilər?
Fransada 39 milyon ev sahibinə yeni öhdəliklər gətirildi
Günəş panelli pəncərələr binaları enerji məsrəfindən azad edəcək
Almaniyada tikinti işçiləri çatışmazlığı böhranı
Məcəllə kimlərə şamil olunacaq?
Avstraliya xarici vətəndaşlara iki il müddətinə mülk sahibi olmağı qadağan edir
Köhnə binalardan mənzil alanların sayı artıb
Rusiyadan Bakıya köç çoxalıb
MTK-ların hökmranlığı nə vaxt bitəcək?
MTK sahibi internet operator qarşısında öhdəlik götürür...
Pandemiyanın ABŞ-da daşınmaz əmlak bazarına təsiri
Kim harada nə istəyir onu da tikir və sabahı fikirləşən yoxdur
Ödənilmiş ƏDV-nin 30 faizi geri qaytarılacaq
Son zamanlar xarici ölkələrdən, o cümlədən Türkiyədən ev alan Azərbaycan vətəndaşları artıb. İzmir, İstanbul, Antalya və digər regionlardan hətta bir milyon dəyərində də ev, villa və digər danışmaz əmlaklar alınır. Ekspertlər hesab edir ki, xarici ölkələrdən ev alan vətəndaşlar ehtiyatlı davranmalıdırlar. Çünki bəzi hallarda aldadılma halları baş verir.
Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri Vəfadar Axundov bildirib ki, Azərbaycanda Avropa və Türkiyə danışmaz əmlak bazarına maraq yüksəkdir. Ötən il ərzində 248 Azərbaycan vətəndaşı Türkiyədən daşınmaz əmlak əldə edib. Amma əmlak alanların çoxu Azərbaycan rieltor şirkətlərinə müraciət etmirlər və birbaşa həmin şirkətlərə yönəlirlər. Bu isə bəzi hallarda vətəndaşların adladılma riskini artırır. Xüsusilə də evlərin qiymətində aldadılma hallarına daha çox rast gəlinir: «Məsələn, 100 min avroluq əmlak 150-200 min avroya satılır. Ancaq vətəndaş aldığı əmlakı satmaq istəyəndə aldığı qiymətdən iki dəfə aşağı sata bilmir».
V.Axundovun sözlərinə görə, Azərbaycanda da olduğu kimi Türkiyədə də bəzi hallarda evlər katlavandan satılır, amma tikinti başa çatmır. Pulu əvvəlcədən ödəyən yerli vətəndaş isə çıxılmaz duruma düşür.
O bildirib ki, xaricdən əmlak almaq istəyən vətəndaşlar yerli rieltor şirkətlərinə müraciət etdikdə isə belə risklərdən uzaq olurlar: «Yerli rieltor şirkətləri işlədikləri ölkələrdəki əmlak bazarını monitorinq edib müştəriyə bazar üzrə qiymətləri dolğun şəkildə təqdim edirlər. Nəticədə, İspaniya, İtaliya və yaxud Türkiyədə əmlakın qiyməti 100 min avrodursa, müştəriyə artıq 150-200 min avroya təklif edilə bilmir».