vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«İnsanlar hər zaman qəhrəman ola bilməzlər, ama hər zaman insan ola bilərlər»

Barış Manço (1943 - 1999)
BÖHRAN  
14:41 | 9 aprel 2022 | Şənbə Məqaləyə 879 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

BMT qaçqın sayının 11 milyonu aşdığını deyir

Ukraynada böhranını həll etmək üçün daha çox yardıma ehtiyac var

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı döyüşlərin intensivləşməsi və Rusiya hərbi qüvvələri tərəfindən vəhşiliklərin artması fonunda evlərini tərk etməyə məcbur olan milyonlarla ukraynalıya humanitar yardım əməliyyatını gücləndirdiyini bildirib.

Rusiyanın Ukraynaya fevralın 24-də başlayan işğalı dünyada ən sürətlə artan məcburi köçkün və humanitar böhranlarından birinə səbəb olub. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bildirib ki, Ukraynanın şəhər və qəsəbələrinin bombardmanı, mülki əhalinin və mülki infrastrukturun hədəfə alınması 4,2 milyondan çox ukraynalının qonşu ölkələrə qaçmasına səbəb olub. Əlavə olaraq 7,1 milyon insan Ukrayna daxilində didərgin düşüb.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı köçkünlərin artan ehtiyacları ilə ayaqlaşa bilmək üçün həm Ukrayna daxilində, həm də xaricdə yardımı artırdığını deyib. Agentliyin nümayəndəsi Metyu Saltmarş artan məcburi köçkünləri qəbul etmək üçün qəbul və kollektiv mərkəzlərin genişləndirildiyini bildirib.

Onun dediyinə görə, həyat üçün vacib yardımların paylanması artırıldığı bir vaxt, aktiv döyüşlərin getdiyi bölgələrə yardımın çatdırılması çətin olaraq qalır. Buna baxmayaraq, o, yardım işçilərinin Mariupol və Xerson kimi mühasirədə olan ərazilərə daxil olmağa çalışdıqlarını bildirib.

“Sonuncu belə konvoy aprelin 6-da olub, BMT Qaçqınlar üzrə Ali Komissarlığının Ukraynanın şərqindəki Luqanskın Sievierodonetsk şəhərinə yardım aparanlar arasında olub. Komandamız günəş lampaları, yorğan, gigiyena dəstləri, körpələr üçün yeməklər və örtüklər çatdıra bilib”, - deyə Saltmarş bildirib.

Saltmarş ölkədən qaçan ukraynalıların əksəriyyətinin müharibə başlayandan bəri 2,5 milyondan çox qaçqını qəbul edən Polşaya üz tutduğunu deyib.

Saltmarş “Gələnlərin sayı azalsa da, davam edən hərbi əməliyyatlar nəzərə alınarsa, axın davam edir. Qaçqınlar üzrə Ali Komissarlığın əməkdaşları yeni gələn qaçqınların şərqdən də olmaqla, ölkənin müxtəlif yerlərindən gəldiklərini, bəzilərinin isə həftələrdir evdə və ya sığınacaqlarda ağır şəraitdə qaldıqlarını bildirib”, - deyib.

Saltmarş bildirib ki, Ukraynada baş verən əlavə dəhşətli reallıqlar Qaçqınlar üzrə Ali Komissarlığının qaçqınlara ilkin yardımına kölgə salıb. O deyib ki, agentliyin martın 1-dı 550.6 milyon dollarlıq yardım çağırışı artıq böhranın öhdəsindən gəlmək üçün yetərli deyil. O deyib ki, bu ayın sonu yeni hərtərəfli yardım planı açıqlanacaq.