vaxtlı-vaxtında oxuyun! Cümə, 26 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AVROPA  
10:05 | 25 aprel 2022 | Bazar ertəsi Məqaləyə 641 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makron yenidən seçildi

Jak Şirakdan sonra ikinci müddətə prezident, irqçilərin isə ən yüksək nəticəsi ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Fransa Prezidenti Emmanuel Makron seçkinin ikinci raundunda irqçi rəqibi Marin Le Peni məğlub edib və ikinci müddətə prezident seçilib. İlkin nəticələrdən bəlli olandan sonra Le Pen məğlubiyyətini etiraf edib. “Le Figaro” qəzetinin yazdığına görə, 44 yaşlı Makron 58.6, Le Pen isə 41.4 faiz səsə yığıb.

***

Makronun qələbəsini Avropa İttifaqı (Aİ) müttəfiqləri alqışlayıb. Son illər ölkədə millətçi liderlər populyarlaşması, Britaniyanın Aİ-dən ayrılması bloku sarsıdıb.

Almaniyanın Maliyyə naziri Kristian Lindner ilkin nəticələri alqışlayıb, qalibin “vahid Avropa” olduğunu deyib.

Fransanın Avropa məsələləri üzrə naziri Klemen Bon isə deyib ki, irqçi siyasətçinin səslərin 42 faizini yığması “bizim işləməli olacağımızı göstərir”.

Aİ-nin tənqidçisi Le Pen ifrat-sağçı partiyasının indiyədək yığdığı ən yüksək səs faizini “sensasiyalı” adlandırıb, gündəmini irəli aparmaqda davam edəcəyini deyib.

***

Makron 2017-ci ildə Le Peni 66-33 səs fərqiylə məğlub etmişdi. O, 2002-ci ildə Jak Şirakdan sonra ikinci müddətə seçilən ilk prezidentdir.

Ancaq əhali bölünmüş vəziyyətdədir, üstəlik, Makron iyun seçkisində parlamentdə çoxluğunu saxlamaq üçün mübarizə aparmalı olacaq.

Makron seçki kampaniyasında Le Peni Rusiya Prezidenti Vladimir Putinə keçmişdə rəğbət bəslədiyinə görə tənqid edir, buna görə ona dünya səhnəsində inamın mümkün olmadığını deyib.

Onun fikrincə, Le Pen Fransanı Avropa İttifaqından çıxarmağı planlaşdırır. 53 yaşlı Le Pen isə bunu təkzib edib, Makronun iqtisadi idarəçiliyini tənqid atəşinə tutub. Rusiyanın Ukraynaya hücumu ölkədə qiymətləri daha da bahalandırıb.

***

Fevralın 24-də Ukraynaya hücum edən Rusiya Qərbin ağır sanksiyaları ilə üzləşib. Bu fonda dünyada neft, qaz və metalın qiyməti qalxıb.

Almaniya, Britaniya, ABŞ liderləri Makronun qələbəsini alqışlayıblar.

Ukrayna Prezidenti Vladimir Zelenski onu “əsl dost” kimi təbrik edib, Avropanı güclü və birləşmiş görməyi səbirsizliklə gözlədiyini deyib. Makron münaqişəni dayandırmaq üçün diplomatik səylərdə aparıcı rol oynayır.