vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
GÜNDƏM  
11:41 | 21 oktyabr 2022 | Cümə Məqaləyə 1386 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Makron təhlükədir

Təkcə Azərbaycanla yox, elə Qərbin özünə də ...

MÖVZU İLƏ ƏLAQƏLİ

Dekabrda Aİ-nin vasitəçiliyinin 1 ili tamam olur. Bir il əvvəl danışıqlarda mövqeyinin möhkəmlənməsini arzu edən Ermənistan Brüsseli Azərbaycanla danışıqlara vasitəçi kimi dəvət etdi. ATƏT kimi təşkilatlardan və Fransa kimi ölkələrdən fərqli olaraq Ş.Mişelin timsalında Aİ öz vasitəçilik missiyasını daha tarazlı və obyektiv əsasda aparırdı.

Brüssel danışıqlara maliyyə yardımı paketləri (Ermənistana 2,6 milyard, Azərbaycana 2 milyard avro) təklif etməklə gəlmişdi.

– 2021-ci il 14 dekabr bəyanatı “hərbi məhbusların” azad edilməsi, itkin düşmüş şəxslərin taleyinin həll edilməsi, minatəmizləmə səylərinə dəstək, münaqişədən təsirlənmiş əhaliyə yardım, reabilitasiya və yenidənqurma istiqamətlərində kömək kimi məsələləri əhatə edirdi.

– 4 fevral bəyanatında ATƏT-in adı hallansa da, onun ardınca qəbul edilən heç bir bəyanatda Minsk qrupu və ya “status” məsələləri mətnə daxil edilməyib.

– Paşinyanın bütün səylərinə rəğmən “avtomobil yolu əlaqələrinin bərpası” 6 aprel bəyanatının mətninə daxil edilib.

– 23 may bəyanatı “Qarabağdakı etnik erməni əhalisinin hüquq və təhlükəsizlik məsələlərinin həll edilməsindən” bəhs etsə də mətndə ermənilərin yaşadıqları ərazi “Dağlıq Qarabağ” yox, “Qarabağ” adlandırılıb. Ermənilərə münasibətdə “xalq” yox, “əhali” terminindən istifadəsi isə müqəddəratın təyinetmə prinsipinin onlara şamil olunmadığından xəbər verir.

Beləliklə, Brüsselin siyasi terminologiyası ermənilərdə yalançı ümid və xülyaların formalaşmasına imkan vermir.

Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, Aİ-nin səmərəli və tarazlı vasitəçiliyi ABŞ və Fransa tərəfindən müəyyən narazılıq və qısqanclıqla qarşılanır. Bu xüsusilə də sentyabrdan bəri hiss olunur. Ş.Mişeli 2ci plana çəkmək məqsədilə ABŞ Blinkenin və Sallivanın iştirakı ilə üçtərəfli, Fransa isə Makronun iştirakı ilə Praqada dördtərəfli görüş keçirdi. Lakin, danışıqlardan az müddət sonra Makron müsahibəsində Qarabağı “beynəlxalq tanınmamış ərazi”, Azərbaycanı isə bu ərazini “işğal edən” tərəf adlandırdı. Makronun Prezident İlham Əliyev qeyd etdiyi kimi “təhqiramiz, qəbulolunmaz, yalan və təxribatçı” bəyanatı Azərbaycan-Fransa münasibətlərinə xələl gətirməklə yanaşı, Qərbin vasitəçilik funksiyasına da kölgə salır. Vaşinqton və Parisin sözdə Brüsseli dəstəkləyib, əməldə isə onun vasitəçiliyinə xələl gətirən addımlar atması Qərbin bütün vasitəçilik missiyasını təhlükə altına qoyur.

Brüsselin konstruktiv yanaşmasından fərqli olaraq Paris və Vaşinqton ənənəvi “kötək və kökə” siyasətini həyata keçirirlər. Baydenin məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsindən istifadə etməsi və Azərbaycanın Fransadakı səfirliyinə hücumlar kötək siyasətinin elementlərindəndir. 2020-ci ilin 25 noyabr tarixində Fransa Senatı 305 lehinə, 1 əleyhinə nisbəti ilə Fransa hökumətini qondarma qurumun müstəqilliyini tanımağa çağıran qətnamə qəbul etdi. 2022-ci ilin 15 noyabrında isə Fransa Senatı 6 deputatın irəli sürdüyü və Bakıya sanksiyaların tətbiqini nəzərdə tutan qətnaməyə baxacaqdır.

Qətnamə neft-qaz tədarükünə embarqonu, Qarabağda Fransanın humanitar ofisinin yaradılmasını, Ermənistana hər cür, o cümlədən müdafiə xarakterli yardımın göstərilməsini, erməni əhalisinin və Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində təhlükəsizliyinə təminatın verilməsini və bu məqsədlə beynəlxalq qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Öz növbəsində, ABŞ Konqresində də ermənipərəst konqresmenlər tərəfindən bir neçə qətnamə müzakirəyə çıxarılacaqdır.

Nəticə etibarı ilə, ABŞ və Fransanın destruktiv fəaliyyəti Aİ-nin konstruktiv vasitəçiliyinə və ilin sonuna qədər sülh sazişinin imzalanmasına ciddi təhdid yaradır. Qərbin sanksiya təhdidi əsasən Ermənistan ərazisi və Qarabağ erməniləri ilə bağlıdır. Belə təxribatçı və aqressiv siyasətin davam etdirilməsi Qərbin diskreditə edilməsinə və Ş.Mişelin vasitəçiliyi ilə əldə edilmiş böyük proqresin isə sıfıra endirilməsinə gətirə bilər. Ermənilərdə növbəti əsassız xülyaların yaranmasına səbəb ola biləcək addımlar regionda uzunmüddətli sülhü və ilk növbədə Qərbin məqsədlərinə nail olmasını mümkünsüz edir.