
Papa olmaq istəyirəm, ay ana ...
Trampın hazırcavablığı sosial mediada viral oldu
Trampın hazırcavablığı sosial mediada viral oldu
Ağ Ev vahid cəbhə ilə mübarizənin çətinliyinə görə ittifaqdan narahatdır
Trampın avtomobil tariflərinin təsirini azaldacağı gözlənilir
Trampdan iddialı bəyanat
Trampın Papanın dəfn mərasiminə damğa vurduğu hərəkətləri dünyada etirazla qarşılanıb
ABŞ prezidenti 2 ayda 9 faiz reytinq itirib
İnterpol Makronun mühafizə rəisini “Qırmızı bülleten”lə axtarışa verib
Putin Trampı qəzəbləndirdi
“Bunun fəlakətli nəticələri olacaq”
ABŞ prezidenti nə istədiyini özü də bilmir: “Əhəmiyyətli bir şey”
Qlobal bazarlarda ticarət danışıqlarına inam yarandı
Tramp 1915-ci il hadisələrini “böyük fəlakət” adlandırdı
Hamını çaşdıran qərarların əsil səbəbi nədir?
Tramp komandası hakimiyyəti geri alır
“Varlılar getsə, vergiləri kim ödəyəcək?”
Tramp: “Şirkət və ya ölkə ilə razılaşmasaq, rüsumu biz təyin edəcəyik”
“Mən zaminəm!” deyərək, özünü Avropanın və Ukraynanın müdafiəçisi rolunda ortaya atan Fransa prezidenti Emmanuel Makronun ABŞ-a səfərinin nəticələri nəyi göstərdi?
Donald Tramp bu səfər əsnasında onu dəfələrlə alçaltdı. Əvvəlcə ABŞ prezidenti fransalı həmkarını Ağ Evin önündə qarşılamaqdan imtina etdi və nəticədə Makronu adi bir dəftərxana-protokol işçisi qarşıladı. Hərçənd ki, Makron səfər etdiyi ölkələrin liderləri tərəfindən dəbdəbəli qarşılanmağı çox sevir.
İkinci alçaldıma epizodu isə Ağ Evin içində, Trampın oval kabinetində qeydə alındı. Belə ki, Tramp Makronu öz iş masasının bir küncündə əyləşdirdi. Bu, həqiqətən də misli görülməmiş bir rüsvayçılıqdır. Çünki dünya təcrübəsində heç bir ali qonağın təkbətək və ya geniş tərkibli görüşlər zamanı bu cür hörmətsiz, urvatsız şəkildə yerləşdirilməsinə rast gəlinməyib. Fransa prezidenti isə küncdə oturdulduğuna görə gərginlik keçirsə də, lakin buna açıq şəkildə etirazını bildirməkdən vaz keçdi.
Daha sonra isə, birgə mətbuat brifinqində Tramp Makronun açıqlamalarına candərdi və saymazyana qulaq assa da, fransız həmkarı isə peşəkar yaltaqlıq donuna bürünərək Trampa çoxlu “bəy tərifi” yağdırdı, öz qrafikində dəyişiklik edib onu qəbul etdiyinə görə Trampa dəfələrlə təşəkkürünü bildirdi.
Makron Trampın Putini diktator adlandırmaqdan yayınmasına da riyakar təbəssümlə reaksiya verdi.
Ümumiyyətlə isə, həm Makronun, həm də Trampın mətbuat konfransındakı rabitəsiz, dağınıq və kəsərsiz çıxışları dünyanın çox ciddi şəkildə LİDERsizlik problemi (və ya böhranı) ilə üzləşdiyini bir daha ortaya çıxardı.
Ukraynaya qarşı haqsız mövqe tutmağı, işğalçı Putin isə “yaşıl işıq” yandırmağı ilə son günlərdə dünya gündəmini silkələyən və bir çoxlarında xəyal qırıqlığına, pərişanlığa səbəb olan, ümidsizlik yaradan Tramp kimi təxribatçının, dağıdıcının qarşısına Makron kimi əzilib-büzülən, mədhiyyə oxuyan, ürkək çıxış edən mövqesiz və boz bir tip çıxarılmamalıydı. Avropa Trampla davaya bu cür zəif fiqur göndərməməliydi. Trampın Ukrayna siyasətinə və Putinlə sövdələşməsinə açıq şəkildə etiraz bildirə bilən xarizmatik bir lider getməliydi Ağ Evdəki o görüşə.
Ancaq nə yazıq ki, bu gün Avropada belə bir lider yoxdur. Avropa artıq uzun illərdir ki, sanballı liderlər yetişdirmək baxımından qısırlıq dövrünü yaşayır.
Beynəlxalq hüquqa tüpürən Tramp kimi “qaydasız döyüş ustası”nın qarşısına çıxmaq makroncuqların işi deyil.
Bəli, etiraf etməliyik ki, bu gün beynəlxalq hüquq işləmir. Və Putin beynəlxalq hüququ zorlayıb. Beynəlxalq hüquq işləməyəndə dövlətlərin və millətlərin, bəşəriyyətin taleyi liderlərdən asılı olur.
Liderlər zəif olanda isə müharibələr başlayır. Və bu zaman güclü liderlər ortaya çıxır, müharibələri dayandırır, sülhə yol açır (Çörçil kimi, Ruzvelt kimi).
Lakin tərslikdən indi bəşəriyyət eyni vaxtda həm beynəlxalq hüququn iflası və dünya düzəninin çöküşü ilə, həm də lidersizlik böhranı ilə üzləşib.
Avropa isə nə Putinin, nədəki Trampın qarşısına, heç olmasa, Ərdoğan səviyyəsində düz-əməlli bir lider çıxara bilmir.
Beləliklə, Henri Kissincerin Rusiyanın Ukraynaya hücumunun dünyanın lidersizlik problemi ilə üzləşməsinin nəticəsi kimi ortaya çıxması barədə səsləndirdiyi peyğəmbəranə fikirlər bu gün öz təsdiqini tapır. Makron kimi boz fiqurlar yalnız Ermənistan kimi toksik dövlətcikləri qızışdırmaqla su bulandırmağı bacarırlar.
Gördüyümüz kimi bu gün Avropada Trampın qarşısına çıxa, ona barmaq silkələyə biləcək, onun özü kimi həyasız bir lider yoxdur.
Və dünən Azərbaycana diş qıcayan, İlham Əliyevə təzyiq göstərməyə çalışan Makron bu gün Trampın qarşısında kiçilməyə, onun əlindən belə öpməyə hazırdır.