Almaniya-Fransa ortaqlığı bitdi
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
11:57 | 6 mart 2025 | Cümə axşamı
Məqaləyə 420 dəfə baxılıb
Şriftin ölçüsü
100 milyardlıq layihənin ləğvi Avropanın müdafiə planlarına zərbə vurdu
Sahibkarlar saatbaşı ödənişin 12,31 avroya çatmasından narazıdır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Qəbir yerləri azaldığı üçün kremasiya sürətlə yayılır
Avropada yeni enerji qərarı qüvvəyə minir
Brüssel Moskvaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Parisdə lüks mağaza qarət olundu
Qanunsuz miqrantlarla evlilik mübahisələri böyüyür
Putinlə danışıqlar üçün bir neçə namizəd var
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Avropada satılan ərzaq məhsullarında qadağan olunmuş pestisidlər aşkarlanıb
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
“İzolyasiya” həbsxanasının ən qəddar işçisini ən ağır cəza gözləyir
Avropa ölkələri ABŞ ilə sövdələşməyə hazırlaşır
“Gömrük tarifləri dərhal çox daha yüksək səviyyəyə qaldırılacaq”
Fransa prezidenti Emmanuel Makron ABŞ və Rusiyanın Ukraynada sülh məsələsində təmaslarını artırdığı və Avropa ölkələrinin masadan kənarda qalmaqdan qorxduğu bir vaxtda müdafiə və təhlükəsizlik sahələrində sərbəstliyi vurğulayaraq, “Avropanın gələcəyi Vaşinqton və ya Moskvada deyil, Avropada müəyyən edilməlidir”, – deyib.
Makron Ukraynadakı müharibə və onun Avropaya təsiri barədə televiziyada ictimaiyyət qarşısında çıxış edib.
Dünyada baş verən geosiyasi proseslərin təhlükəsizliyi və rifahı daha da qeyri-müəyyən etdiyini bildirən Makron, “Bu gün baş verən tarixi hadisələri nəzərə alsaq, haqlı olaraq narahatsınız. ABŞ Ukraynadakı müharibə ilə bağlı mövqeyini dəyişdi. Eyni ABŞ Avropaya gömrük vergisi tətbiq etməyi gözləyir”, – deyib.
***
Makron Ukraynada müharibə başlayandan bəri ukraynalıları dəstəkləməyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə davam etdiklərini bildirib və belə davam edib: “Ukraynadan kənarda Rusiya təhlükəsi buradadır və Avropa ölkələrinə də təsir edir, bizə də təsir edir. Rusiya artıq Ukrayna müharibəsini qlobal münaqişəyə çevirib. O, Şimali Koreya qoşunlarını və İran istehsalı olan texnikanı bizim qitəmizə səfərbər edib, həmçinin bu ölkələrin daha da silahlanmasına kömək edir”.
Ukrayna müharibəsinin Avropanın təhlükəsizliyinə Rusiya təhdidinin mövcudluğunu bir daha təsdiqlədiyini deyən Makron, “Kremlin kiberhücumlarını davam etdirdiyini və Avropada “sosial mediada yalan məlumatlar yayaraq ictimai rəyə təsir etməyə çalışdığını”, – bildirib.
Makron Rusiyanın 2030-cu ilə qədər hərbi arsenalına 3000 tank və 300 döyüş təyyarəsi daxil etmək üçün 40 milyard avrodan çox xərcləyərək ordusunu daha da genişləndirməyi planladığını və bu ölkənin Avropa təhlükəsizliyinə təhdid yaratmağa davam etdiyini vurğulayaraq, “Rusiyanın Ukrayna ilə kifayətlənəcəyinə kim inana bilər”, – sualını verib.
***
Makron, “Sülhə gedən yol Ukraynanın tərk edilməsindən keçmir. Əksinə, sülh nəyin bahasına olursa olsun və diktatura rejiminin tətbiqi ilə əldə edilə bilməz. Sülh Ukraynanın təslim olması və ya dağılması demək deyil”, – deyib.
Avropalı tərəfdaşlarla möhkəm, qalıcı və idarə oluna bilən sülh planı hazırladıqlarını və iki həftə əvvəl ABŞ-a səfəri zamanı bu planı müzakirə etdiyini bildirən Makron, “ABŞ-ın bizim yanımızda olacağına inanmaq istəyirəm, amma bizim də istənilən vəziyyətə hazır olmağımız lazımdır”, – deyib.
Ukraynada sülhün bərqərar olmasından asılı olmayaraq, Avropanın müdafiə və çəkindirmə qabiliyyətinin artırılmasının vacibliyini bir daha vurğulayan Makron, “Bu kontekstdə biz NATO-ya və ABŞ-la tərəfdaşlığımıza sadiq qalırıq. Lakin biz müdafiə və təhlükəsizlik sahəsində daha çox iş görməliyik, Avropanın gələcəyi Vaşinqtonda və ya Moskvada deyil”, – deyib.
***
Fransanın Avropa təhlükəsizliyində “xüsusi statusa” sahib olduğunu, Avropanın “ən təsirli ordusu”na və nüvə qarşısının alınması qabiliyyətinə malik olduğunu bildirən Makron, orduya ayrılan büdcənin 10 ildə iki dəfə artırılacağını açıqlayıb.
Sabah (bu gün – red.) Brüsseldə 27 dövlət və hökumət başçısının və AB nümayəndələrinin qatılacağı sammitdə mühüm addımların atılacağını ifadə edən Makron, Avropada tank və döyüş təyyarələri kimi müdafiə ləvazimatlarının alınması üçün “birgə maliyyə” təmin edilməsinə dair qərar veriləcəyini açıqlayıb.
“Avropada sülhün və təhlükəsizliyin qorunması maraqları naminə və gələcək Almaniya kanslerinin tarixi çağırışına cavab olaraq, mən Fransanın Avropa qitəsindəki müttəfiqlərini nüvə silahının qarşısının alınması ilə bağlı strateji müzakirələri açmaq qərarına gəldim”, – Makron bildirib.
***
ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında Oval kabinetdə baş verən mübahisədən sonra ABŞ bu ölkəyə kəşfiyyat dəstəyini və hərbi göndərişləri müvəqqəti olaraq dayandırıb.
Tramp və Zelenski fevralın 28-də Oval kabinetdə görüş zamanı kameralar qarşısında mübahisə ediblər. Keçiriləcəyi açıqlanan birgə mətbuat konfransı ləğv edildi, Zelenski Ağ Evi tək tərk etdi və nadir torpaq elementləri ilə bağlı saziş imzalanmadı.
Tramp Zelenskinin “Amerika xalqına hörmətsizlik etdiyini” iddia edərkən, Zelenski isə üzr istəmək üçün heç bir səhv etmədiyini söylədi.
Bu müzakirə ilə Ukraynadakı sülh danışıqları Avropa liderlərinin gündəminə gəldi və liderlər paytaxt Londonda İngiltərənin ev sahibliyi etdiyi Ukrayna ilə bağlı təhlükəsizlik sammitində bir araya gəldi.
Sammitdən sonra Fransa və Böyük Britaniya atəşkəs planı üzərində işləmək üçün Ukrayna ilə razılaşdıqlarını və daha sonra ABŞ ilə danışıqlar aparacaqlarını və planı irəli sürəcəklərini açıqladılar.
Bu gün Belçikanın paytaxtı Brüsseldə 27 ölkə liderinin iştirakı ilə Ukrayna ilə bağlı sammitin keçirilməsi planlaşdırılır.