Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
15:29 | 22 fevral 2025 | Şənbə
Məqaləyə 300 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Britaniyanın “The Telegraph” qəzeti Böyük Britaniyanın baş naziri Keir Starmerin ABŞ prezidenti Donald Trampın bütün təzyiqlərinə baxmayaraq, Ukraynaya yeni dəstək paketini açıqlayacağını yazıb.
Qəzetin yazdığına görə, yardım paketi Rusiyanın işğalının üçüncü ildönümündə, bazar ertəsi elan ediləcək. “Üçqat zərbə” sayılan paket hərbi yardım və sanksiyaları ehtiva etsə də, Britaniya mediası bunu “Tramp üçün meydan oxuma” kimi qiymətləndirib.
Qəzetin məlumata görə, “Whitehall” sarayında üç müxtəlif hökumət departamentini əhatə edən tədbirlər paketi hazırlanır.
Müdafiə Nazirliyinin yardımın həcmini açıqlaması gözlənilir. Müzakirə olunan ideyalardan biri Ukrayna qüvvələri üçün əlavə silahlardır, lakin siyahı hələ yekunlaşmayıb.
Xarici İşlər Nazirliyi Rusiyaya qarşı böyük sanksiyalar hazırlayarkən, Daxili İşlər Nazirliyi də “çirkli rus pulları”na qarşı mübarizəyə başlamağı hədəfləyir.
“Whitehall” sarayı rəsmiləri tədbirlər paketini Böyük Britaniyanın Kiyevə dəstəyini vurğulamaq üçün nəzərdə tutulmuş “əsl üçqat zərbə” kimi təsvir edir.
***
Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” adlandıran və münaqişənin dərhal dayandırılması üçün təzyiq edən Tramp, Ukrayna müharibəsi ilə bağlı ABŞ və Avropa arasında dərinləşən fikir ayrılıqları fonunda Böyük Britaniyanın baş naziri Starmeri münaqişəni sona çatdırmaq üçün “heç nə etməməkdə” ittiham edib.
***
Britaniyanın Ukraynaya yeni dəstək paketi Ağ Evi məyus etmək riski daşıyır. Hökumətin yüksək vəzifəli mənbəsi qəzetə bu yanaşmanı müdafiə edərək, “Biz həmişə demişik ki, Ukraynanı ən güclü mövqeyə qoymaq istəyirik, istər danışıqlara girsin, istərsə də müharibəni davam etdirsin. Ukraynanı çoxdan dediyimiz kimi dəstəkləməyə davam etməyimiz düzgün olardı”, – deyib.
***
Britaniya lideri Trampla üzbəüz danışıqlar aparmaq üçün cümə axşamı Fransa prezidenti Emmanuel Makronla Ağ Evə səfər etməlidir. Görüşdə London və Vaşinqton arasındakı fikir ayrılıqlarının müzakirə ediləcəyi gözlənilir.
“The Telegraph” əldə etdiyi məlumata görə, Starmerin səfəri zamanı gərginliyi sakitləşdirmək üçün Böyük Britaniya ÜDM-nin 2,5 faizinin müdafiəyə (çox güman ki, 2030-cu ildə) xərclənəcəyi tarixi açıqlaması gözlənilir.
Britaniya lideri kralın Böyük Britaniyaya rəsmi dəvətini də ABŞ prezidentinə çatdıracaq. Bu, Trampı müasir tarixdə bu şərəfə iki dəfə nail olan ilk seçilmiş lider edəcək.
***
ABŞ prezidenti Donald Tramp Ukrayna ilə Rusiya arasında gedən müharibə ilə bağlı açıqlamalar verib. “Fox News”a müsahibə verən Tramp İngiltərə baş naziri Keir Starmer və Fransa prezidenti Emmanuel Makronun müharibəni bitirmək üçün heç bir iş görmədiyini deyib və əlavə edib: "Makron mənim dostumdur. Starmer çox yaxşı insandır, lakin onların heç biri Rusiya haqqında heç nə etməyib”.
Ukrayna prezidenti Vladimir Zelenski haqqında danışan Tramp, “Mən onun əlində kart olmadan danışıqlar aparmasına baxıram. Onun əlində kart yoxdur və bu bezdiricidir. Mən bundan bezmişəm”, – deyib.
Tramp bildirib ki, ABŞ-ın maliyyə naziri Skott Bessent Ukraynaya səfəri barədə ona deyib: “Bu, israfçı və təhlükəli səfər idi. Mən bundan həzz almadım”.
Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya ilə sülh danışıqlarına qatılmaması ilə bağlı şikayətlərinə toxunan Tramp, “O, üç ildir oradadır. Görün, ölkəsinə nə olub, dağıdılıb. Ona görə də onun danışıqlarda olmasının çox da vacib olduğunu düşünmürəm”, – deyib.