vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 7 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TEXNİKA  
11:41 | 12 may 2022 | Cümə axşamı Məqaləyə 2172 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Teknofest”ə sayılı günlər qaldı

Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı ilk dəfə xaricdə, həm də Bakıda

Azər QƏRİBOV

Yaşa dolduqca anlayıram ki, cavanlığımız necə də qapalı keçib, dünyadan xəbərimiz olmayıb, tərəqqi, yeni texnologiyalar filan, bizdən yan keçirdilər.

Daha doğrusu onlar haqda eşidirdik, amma görmürdük. Atam 1970-cı ildə Yaponiyaya getdi, 9 yaşım var idi və indiyə qədər yadımdadır necə maraqla dinləyirdim onu.

İnanmağım gəlmirdi ki, belə müasirlik ola bilər texnologiyalar sarıdan. Amma sonra qara bazardan ilk yapon maqnitofonunu aldıq və mən fərqi gördüm.

Onlarınkı saat kimi işləyirdi, sovet maqnitofonunun təpəsinə qapaz vurmamış isə o, öz vəzifə borcunun icrasından boyun qaçırırdı.

Almaniyada əyləc qutusu avtomat olan “Mersedes” sürürdülər, biz burada “Jiquli”ni itələyib işə salırdıq.

ABŞ texnologiyaları isə fantastik bir yuxu idi sanki, 1972 ildə Bakıda Amerika sərgisi keçirilirdi Bulvarda, millət şok yaşayırdı gördüklərindən.

Sabir demişkən, əcnəbi seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz.

Etiraf edim ki, həsəd aparıram müasir gənclərə, bütün sərhədlər açıq, imkanlar bol, öz gücünə, öz bacarığına görə ucqar kənddən gedib xaricin ən nüfuzlu Universitetlərində oxuyurlar, biliklərinə minnət.

Ona görə bunu deməyi borc bilirəm, məlumatınız olsun ki, 26-29 May tarixlərində Bakıda “Teknofest” keçiriləcək, hamınız, ələlxüsus gənclər mütləq bu Festivala qatılmalısınız, biletlər pulsuzdur.

Nədir bu “Teknofest”? “Teknofest” Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya Festivalıdır və ilk dəfə olaraq Türkiyədən kənarda keçirilir, ərazi olaraq “Bakı Kristal Zalı” və Dənizkənarı Bulvarda.

Festivalın əhəmiyyətini haqda sadəcə bunu demək kifayətdir ki, iştirak üçün Türkiyə Prezidenti şəxsən özü təşrif buyuracaq və bizim Prezidentlə yanaşı Festivala qatılacaqlar.

Texnologiya müsabiqələri keçiriləcək, startaplar filan, hətta Avropa Kiber İdman Kuboku təşkil olunacaq.

Əyləncə proqramına isə Azərbaycan Hərbi Hava Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk” aerobatika komandalarının nümunəvi pilotaj uçuşları və s.

Böyük səhnədə isə incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su attraksionları, uçuş simulyatorları və robotlar olacaq. Yəni möhtəşəm bir Festivaldır.

Qaldı bunun texniki detalları, dediyim kimi biletlər pulsuzdur, sadəcə iticket.az saytında qeydiyyatdan keçmək lazımdır və 5 yaşdan yuxarı uşaqların girişinə də icazə var.

Özünüz də gedin, uşaqları da aparın, mən 9 yaşında gördüklərimi xatırlayıram, qoy onlar da balaca yaşlardan yeni texnologiyalardan agah olsunlar, kim bilir, bəlkə gələcəyin Enşteynləri olacaqlar.

Onu da deyim ki, Festival zamanı 28 May metro stansiyasının yaxınlığından tədbirin keçiriləcəyi əraziyə saat 08.00-18.00 aralığında və əks istiqamətdə 09.00-21.00 arası ödənişsiz avtobus xidməti təşkil olunacaq, sadəcə salona girəndə biletlərin QR kodunu yoxlayacaqlar.

Gedin, mütləq gedin. Bizim gələcəyimiz neft və qaz deyil, bunlar yalnız vasitədir, bizim gələcəyimiz beyinlərdir, ağıllı, müasir, innovativ beyinlər və həmin beyinlərin gətirəcəkləri yeni texnologiyalar olacaq.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)