Azərbaycan Ukraynanın yanındadır
XİN sözçüsü: «Ölkədəki vəziyyətin Ukrayna konstitusiyası əsasında tezliklə sabitləşməsinin tərəfdarıyıq»
KƏNAN
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
Ukrayna ətrafında gərginlik davam edir. Rusiyanın Krım yarımadasını işğal etməsi planı Qərbdə ciddi narahatlıqla qarşılanıb. Artıq yarımadanın bir sıra bölgələrinə yerləşdirilmiş Rusiya ordusunun döyüşçüləri səngər qazaraq savaşa hazırlaşırlar. Qərb dövlətləri isə hələlik çəkindirici bəyanatlarla Rusiyanı Krımı ilhaq planlarından geri çəkilməyə çağırırlar.
Qeyd edək ki, Krımın Rusiyaya birləşdirilməsi və ya bu bölgədə yeni separatçılıq mərkəzinin yaradılması Azərbaycan üçün də təhlükəli təcrübə ola bilər. Bu baxımdan bir sıra ekspertlər həm regionda növbəti separatçı ərazinin yaranmaması, həm də Krım türklərinin təhlükəsizliyi və hüquqlarının müdafiəsi üçün Azərbaycan hakimiyyətinin çevik diplomatiya aparmasını təklif edirlər. Yeri gəlmişkən, bir qədər əvvəl Krım Tatar Məclisi Azərbaycan prezidentinə müraciət edərək təhlükəsizliklərinin təminatı üçün yardım istəyib.
«Azərbaycan hökuməti Ukraynada yaranmış gərginliyin dialoq vasitəsilə aradan qaldırılmasını dəstəkləyir». Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan Ukraynadakı vəziyyətin ölkə daxilindəki bütün siyasi qüvvələrin dialoqu və konstruktiv əməkdaşlığı, həmçinin maraqlı tərəfdaş dövlətlərlə birgə fəaliyyət vasitəsilə həllinin tərəfdarıdır: «Azərbaycan, eləcə də Ukraynada sabitliyin, əmin-amanlığın və milli birliyin bərqərar olması prosesinə ciddi xələl yetirən radikalizm və ekstremizmin qarşısının alınmasına çağırır və Ukrayna Konstitusiyası əsasında ölkədəki vəziyyətin tezliklə sabitləşdirilməsinin tərəfdarıdır».
Ümid Partiyasının sədri İqbal Ağazadənin fikrincə, hazırda Krımda baş verənlər daha əvvəl postsovet məkanında baş verən separatçılıq hallarının təkrarıdır: «Biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və hesab edirik ki, bu istiqamətdə atılan bütün addımlar postsovet ölkələrinin münaqişələr cəlb olunmuş bölgələri ilə eyni xarakteri daşıyır. İstər Ermənistan və Azərbaycan, istərsə də Gürcüstanla Abxaziya və Osetiya arasında yaradılan münaqişə nəticə etibarı ilə Rusiyanın regionda qalmasına xidmət edir. Bu da Rusiyanın regiondan çıxmaması cəhdədir».
Partiya sədrinin sözlərinə görə, dünya birliyi Ukraynaya ciddi şəkildə dəstək verməsə, proseslər silahlı münaqişəyə çevriləcək: «Növbəti mərhələlərdə dünya birliyi daha sıx şəkildə Ukraynanı dəstəkləməlidir. Rusiyanın, sadəcə, bəyanatlar və iqtisadi sanksiyalarla geri çəkilməyəcəyi aydındır. Daha ciddi addımlar atılmalıdır, gərəkirsə Qara dəniz regionu ölkələri, Avropa Birliyi, NATO Ukraynanın hərbi təcavüzdən qorunması ilə bağlı mövqe bildirməlidir. Bu şəkildə davam etsə, Rusiya istədiklərinə nail ola bilsə, bu, Rusiyadakı imperialist siyasəti daha da şirnikləndirəcək, digər bölgələrdə, o cümlədən Qafqazda işğalçılığı davam etdirməsinə rəvac verəcək. Hələlik Ukrayna beynəlxalq güclərin reaksiyalarını dinləyir. Eyni zamanda rəsmi Kiyev təxribatdan çəkinərək qarşıdurmalara getmirlər. Amma bu şəkildə davam etsə, düşünürəm ki, savaş qaçılmaz olacaq».
İ.Ağazadənin fikrincə, hazırda Azərbaycan hökumətinin Ukrayna ilə bağlı mövqeyi qənaətbəxşdir, Bakıdan daha artıq addım tələb etmək doğru deyil: «Hesab edirəm ki, Azərbaycan hökumətinin rəsmi mövqeyini parlamentin spikeri və XİN ifadə edib. İqtidarın daha sərt mövqe nümayiş etdirməsi Rusiyanın sərt reaksiyasına səbəb ola bilər. Bu mənada düşünürəm ki, hazırda bildirilən mövqe normaldır. Bu məsələdə Azərbaycanın edə biləcəyi bir şey yoxdur. İctimai rəy baxımından Azərbaycan cəmiyyəti bütövlükdə ordadır. ABŞ, Almaniya, Fransa kimi ölkələrin edə bilmədiyini Azərbaycanın etməsi çox çətindir. Amma parlamentin son iclasında Oqtay Əsədov da bəyan etdi ki, biz Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Hesab edirəm ki, indiki halda bu yetərlidir».