vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
OLAY  
19:00 | 11 mart 2014 | Çərşənbə axşamı Məqaləyə 2861 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

DİN-dən deputat oğlunun işçisini döyməsinə reaksiya

Nazirliyin açıqlaması daha çox təkzibə oxşayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir neçə saat əvvəl «Qafqazinfo»da Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisi Tuncay Abbasovun öz əməkdaşı polis mayoru Bağır Səlimovu döyməsi ilə bağlı xəbər işıqlandırılmışdı.

Artıq məsələyə Daxili İşlər Nazirliyi tərəfindən reaksiya verilib. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Qafqazinfo»ya bildirib ki, sözü gedən məslə ilə bağlı Bakı şəhər Baş Polis İdarəsində müvafiq araşdırma aparılır:

«Onların arasında mübahisə olub və bu mübahisə müvafiq qaydada araşdırılır. Lakin rəisin öz əməkdaşını döyməsi ilə bağlı məlumat həqiqətə uyğun deyil».

Qeyd edək ki, «Qafqazinfo»ya  şikayət edən 30-cu Polis Bölməsinin əməkdaşları Millət vəkili Aqil Abbasın rəis oğlu Tuncay Abbasov ondan icazəsiz idarə rəisinin qəbuluna düşdüyünə görə, polis əməkdaşı  Bağır Səlimovu  döyməsi haqqında məlumat vermişdilər. Bu barədə Bağır Səlimovun  özü də «Qafqazinfo»ya xəbəri təsdiqləmiş lakin hələ ki, bu haqda çox danışmaq istəmədiyini və nazirliyin araşdırmasından sonra danışacağını demişdi.