
Obyektiv əxlaq və allahsızlıq haqqında
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
Vicdanlı, dürüst insanların həyatda qalmaq şansı azdırmı?
... Yaxud Tanrı yoxdursa, nə var?
Hər cavabdan yeni bir sual doğmursa, o fəlsəfi yol bitmişdir
Sürücülərin nəzərinə tıxaclı yolların siyahısı yayıldı
Bank kartlarından minlərlə manat oğurlayan fırıldaqçılar “yağlı müştəriləri” necə müəyyənləşdirirlər?
Ölkədən çıxışa STOP qoyulmasını öncədən necə öyrənmək olar?
Ürəklərə hərarət, düşüncələrə aydınlıq gətirir
Filosof dindən, mənəviyyatdan danışa bilərmi, yaxud fəlsəfəni gettolaşdırmaq istəyənlər haqqında
2027-ci ildə dünyanın sonunu proqnozlaşdıran 900 illik kitab yenidən gündəmə gəlib
Gavurlarda vəziyyət bəllidir, bəs bizdə?
Russonun bəhs etdiyi cəmiyyətin bildiyi və arzuladığı əsas dəyərlərə bağlı olmalıdır
Kim kiminlə rəqabət aparır?
DİN-in açıqladığı statistika acınacaqlıdır
Niyə gömrük və polis akademiyamız var, amma vergi yoxdur?...
O, sadəcə, qaydalar, hərflər və durğu işarələri toplusudur
Vilayət Eyvazov nazir postunda ilk əməliyyat müşavirəsini keçirdi
Daxili Qoşunların generalı ehtiyata buraxılıb. APA xəbər verir ki, bu barədə prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, general-mayor Şirin Xəlilov Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini - Qərargah rəisi vəzifəsindən azad edilərək, hərbi geyim formasını daşımaq hüququ verilməklə, həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ş.Xəlilovu «DİN-in Fəxri Fərmanı» ilə təltif edərək ona bundan sonrakı həyatında uğurlar arzulayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, Ş. Xəlilov 2003-cü ildə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini = Qərargah rəisi vəzifəsinə təyin edilib. O, respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülüb. Azərbaycan Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə «Azərbaycan bayrağı» ordeni, «Vətən uğrunda» və «Hərbi xidmətlərə görə» medalları ilə təltif edilib.