
“MSCI Dünya İndeksində yüksəliş gözlənilir”
İlin ikinci yarısı hərəkətli olacaq
İlin ikinci yarısı hərəkətli olacaq
Peşəkar kadr potensialının formalaşdırılması diqqətdə saxlanılır
Böyük iqtisadiyyat özünü sorğulayan filosof yetişdirir, kiçik isə onu sorğulamayan din xadimi
Allah olmaq istəyinə düşmək günahına salma məni
... yaxud Quran müsəlmanlığı haqqında bir neçə qeyd
... Yaxud riyakar “konyunkturşiklər” haqqında
Böyük mədəniyyət tənəzzülə uğradan fətva
“Deutsche Bank”da böyük mənimsəmə qalmaqalı
Hökumət İtaliya bankının “Commerzbank”ı almaq istəməsini dost olmayan davranış sayıb
Belə davam etsə, İslam 10 il sonra ən çox sitayiş olunan din olacaq
Kiminə çətindir, kiminə asan
“Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin”
Hökuməti banklarda unudulmuş pulları müsadirə edəcək
ABŞ-ın bank sektoru birinci rübdə 5,8 faiz artıb
... və “epoxe” prinsipi haqqında
Məşhur bank analitiklərini işdən çıxarır
Son bir neçə gündə Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin və DİN rəsmisi Elşad Hacıyevin açıqladığı məlumatlara göz gəzdirirəm.
Statistika sadəcə ağlasığmazdır.
Təkcə son 3 gündə bank kartlarından oğurlanan məbləğlər:
7 Aprel — 66,997 manat
8 Aprel — 87,067 manat
10 Aprel — 24,864 manat
Əslində, DİN-in artıq gündəlik belə bir statistikaları paylaşması özü diqqət cəlb edəndir. Əvvəllər gündəlik statistikada adətən ayrı növ cinayətlərin məlumatları gözə dəyirdi. Yəni görünən odur ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi və banklar nəhayət ki, real vaxtda işləyən bir anti-fraud sistem qura biliblər.
Bu, artıq bank sektorunda kiber cinayətkarlığa qarşı yeni bir mərhələnin başlanğıcıdır.
Artıq kibercinayətkarlıq, bank sektorundakı cinayətlər tam, real vaxtda monitorinq oluna bilir.
Bütün bunlar isə, şübhəsiz ki, cinayətkar sxemlərin vaxtında ifşasına və qarşısının alınmasına daha yaxşı şərait yaradacaq.
Açıqlanan məlumatlardan isə görünür ki, yenə həmin dalğa, həmin koordinatdır.
Fırıldaqçılar müxtəlif sxemlərdən istifadə edərək vətəndaşların etibarını qazanır, müxtəlif üsullarla zəng etməklə özlərini bank işçisi, sığorta agenti, vergi əməkdaşı kimi təqdim edərək şəxsi və maliyyə məlumatlarını əldə edirlər.
Nələrə diqqət etmək lazımdır?
Bir daha xatırladırıq ki, bank kartının məlumatlarını – CVV/CVC kodunu, SMS ilə gələn OTP şifrəni, loqin və parolu, PIN kodu paylaşmaq təhlükəlidir!
Özünü “bank işçisi”, hansısa dövlət qurumu nümayəndəsi kimi təqdim edən şəxslə birbaşa şəxsi və bank məlumatlarının müzakirəsinə keçmək təhlükəlidir!
Bank kartları ilə olan kibercinayətkarlıqda əsas vasitələrdən birisi xaricdə oturan fırıldaqçının yerli nömrə ilə zəng etməsidir.
Adətən bu məqsədlə “SİM-box” adlanan qurğulardan istifadə edilir.
Yəni cinayətkar xaricdə bir ölkədə oturur, başqa bir ölkədə server qurur, Azərbaycanda özünə tərəfdaş tapır, “SİM-box”lar Azərbaycana göndərilir və hansısa bir məkanda yerləşdirilir, potensial –"yağlı müştəri" hesab olunacaq vətəndaş müəyyən olunur. Onlarla, yüzlərlə mobil nömrələr – sim kartlar alınaraq “SİM-box”a yerləşdirilir.
Fırıldaqçılar xaricdən olan zəngi məhz həmin “SİM-box”la yerli zəng olaraq vətəndaşa yönəldirlər.
Düşünürəm ki bu tip avadanlıqların ölkəyə gətirilməsi və tətbiqi ilə bağlı məsələlər də sərtləşdirilməlidr.
Eyni zamanda fərdi məlumatların qorunması istiqamətində daha sərt tədbirlər görülməsinə ehtiyac var.
Gizli deyil ki, xaricdəki cinayətkarlar hansısa bank müştərisi olan, kartında vəsait olan (balansı, bank əməliyyatları diqqət cəlb edən) vətəndaşların siyahısını yalnız sosial şəbəkələrdən, İnternetdən əldə edə bilməz.
Müşahidələr göstərir ki, fırıldaqçılar potensial hədəflərin müəyyən edilməsində daha güvənli məlumatlardan istifadə edirlər.
Şübhələnmək üçün əsaslar var ki, real bank əməliyyatları olan, kartlarında vəsait olan vətəndaşların siyahıları bank və ya mobil operatorlardakı mənbələrdən də sıza bilər. Qonşu ölkələrin təcrübəsinə baxanda da görmək olur ki, bu tip siyahılar qara bazarlarda satışdadır.
Bu baxımdan düşünürəm ki, hökumət, hüquq-mühafizə qurumları kibercinayətkaqlğa qarşı mübarizədə banklarda və mobil operatorlarda vətəndaşlarla bağlı məlumatların qorunmasına, bu tip informasiyaları fırıldaqçılara sızdıranlara qarşı daha sərt tədbirlər görülməsinə diqqət yetirməlidirlər.
Son zamanlar aparılan müşahidələr də göstərir ki, qonşu ölkələrdə, Qazaxıstanda, Rusiyada bu istiqamətdə qanunvericilik xeyli sərtləşdirilib.
Bu baxımdan, qonşularımızda bu sahədə olan "münbit şəraitdən" əli üzülənlər arasında ölkəmizi kiberhədəf olaraq görmək istəyənlərin sayının artacağını da proqnozlaşdırmaq olar.