vaxtlı-vaxtında oxuyun! Şənbə, 27 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
BÖHRAN  
09:43 | 28 iyun 2022 | Çərşənbə axşamı Məqaləyə 597 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Müharibə uzanmaya bilər”

Zelenski: “Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib”

MÖVZU İLƏ ƏLAQƏLİ

“Rusiya dünyanın ən böyük terror təşkilatına çevrilib, bu faktdır”. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

“Bu, hüquqi fakt olmalıdır və dünyada hər kəs bilməlidir ki, Rusiya neftinin alınması və ya daşınması, bu ölkənin bankları ilə əlaqələr saxlamaq, Rusiya dövlətinə vergi və rüsumların ödənilməsi terrorçulara pul verməkdir”, - dövlət başçısı deyib.

“Mən bu gün də (dünən – red.) Böyük Yeddilərin liderlərinə müraciət edərək dedim ki, bizim birgə potensialımız Rusiya ordusunu məğlub etmək üçün kifayətdir”, – Zelenski vurğulayıb.

Zelenskinin sözlərinə görə, Rusiya döyüşə bilmir: “Onlar müqavimət göstərməyi bacarmırlar, yalnız bu gün Kremençukda olduğu kimi alçaq zərbələrlə kifayətlənirlər”.

“Hamımız birlikdə təzyiq göstərə və işğalçıları Ukrayna torpaqlarından sıxışdıra bilsək, müharibə uzanmaya bilər. Bu nə qədər tez baş versə, bir o qədər çox insanın həyatı xilas olar”, - Zelenski əlavə edib.