vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
TÜRK DÜNYASI  
18:51 | 28 mart 2014 | Cümə Məqaləyə 1876 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Buraxın ölsün!»

17 dekabr rüşvət əməliyyatları ilə AKP-nin başına bəla olan prokuror Yazıçıoğlunun ölümünün Ərdoğanın sui-qəsdi olduğunu iddia etdi

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaxt.az saytı Türkiyə mətbuatına istinadən bildirir ki, 17 dekabr korrupsiya və rüşvət əməliyyatları ilə Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) kabusuna çevrilən və adıçəkilən olaylardan sonra İstanbulun sabiq prokurorluğundan Bolu bölgəsinə göndərilən Zəkəriyyə Öz twitter səhifəsində ilginc status yayımlayıb.

Böyük Birlik Partiyasının (BBP) mərhum lideri Möhsün Yazıçığlunun ölümüylə bağlı mesaj alan prokuror bu məlumatı izləyiciləri ilə paylaşıb. Əvvəlcə qeyd edək ki, bir müddət əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın  BBP liderinin ölümü ilə bağlı əmr verdiyi iddia olunan səs yazılarının yayılacağı bildirilmişdi. Bu audio yazılar paylaşılmadı, amma sosial şəbəkələrdə bu mövzu ilə əlaqədar iddialar səslənməyə başlanıldı.

Zəkəriyyə Özün «twitter» statusundakı ilginc fikirlər: «Möhsün Yazıçıoğlu Ona edilən AKP-yə qatıl təklifini rədd etdi. Onun əlində AKP-İran əleyhinə ciddi məlumatların olması barədə şübhələrin olduğu bildirilir. Möhsün Yazıçıoğlunun olduğu helikopteri Kiş dağı üzərindəykən yaxınlığından uçan «F-4» hərbi təyyarələri tərəfindən təzyiqə məruz qalıb. Helikopterin Hava burulğanına düşürülməsi sonucda qəzaya uğramasına səbəb olub.

Hadisədən 2 saat sonra Yazıçıoğlu olan helikopterinin koordinatları Baş Nazirliyə ötürülüb. Amma bu bilgilər «İrançı nazir» kimi tanınan nazir tərəfindən hər kəsdən gizlədilib».

«Twitter»də daha sonra «Lampaların Tanrısı» kimi tanınan baş nazir Ərdoğanın isə, Yazıçıoğlu üçün «Buraxın ölsün» dediyi iddia olunur.

Statusda həmçinin, Suriyada bir müddət əvvəl qəzaya uğrayan və təyyarədə ölü tapılanların Yazıçıoğlunun helikopterinin düşməsinə səbəb olan «F-4»-ün pilotları olub-olmadığı soruşulur. Və bu mövzuya bir müddət sonra qayıdılacağı bildirilir.