vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TÜRK DÜNYASI  
20:49 | 31 mart 2014 | Bazar ertəsi Məqaləyə 1671 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Baxçalı seçkini qiymətləndirdi

MHP lideri hakim partiyanı inzibati resurslardan sui-istifadədə təqsirləndirib, Ərdoğanı kəskin tənqid edib

MÖVZU İLƏ ƏLAQƏLİ

30 mart bələdiyyə seçkilərinin nəticələri məlum olduqdan sonra Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bağçalı seçkini dəyərləndirib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, MHP sədri AKP-ni dövlətin hər cür imkanının öz qələbəsi üçün işlətdiyini bildirib.

Baxçalı deyib ki, 30 mart seçkilərinin lap əvvəlində hakim partiya təzyiqlərə, şantaja əl atıb: «AKP zehniyyəti ictimai və siyasi quruluşu gərmiş və millət iradəsini təhrif etmişdir.

Bu seçkilərə tarixin ən böyük rüşvət və sui-istifadə əməliyyatı damğa vurmuşdur.

Türk milləti rüşvət alveri edən failləri dəqiq olaraq görmüşdür.

Baş nazir və partiyası hansı nəticə alırsa-alsın, bəraət qazanmamışdır.

Heç bir şeyin köhnəsi kimi olmayacaq. Seçkinin nəticələri məhkəmələrin yerinə keçə bilməyəcək.

Baş nazirin balkon danışması Türkiyənin bundan sonrakı günləri haqqında göstərişlər vermişdir.

Görünür, baş nazir cəbhələşməni qızışdıracaq.

Siyasi nəticələr nəyi göstərirsə-göstərsin, iqtidarda sui-istifadəyə batmış qapqara vicdanlı bir zümrə var.

Baş nazirin balkon çıxışında yanına aldığı və kütləni salamlatdığı adam ya da adamlar istintaqdan yaxalarını qurtarmış və suçlamalardan qurtulmuş deyillər.

MHP türk millətinin seçki seçiminə hörmətlə yanaşır. MHP əhəmiyyətli sayıla biləcək bir müvəffəqiyyətə imza atmışdır.

Bu bizim baxış bucağımızdan bir inkişaf və ümidverici bir mənzərədir.

Önümüzdəki dövrdə siyasətə daha çox hörmət və uzlaşma hakim olmalıdır».

Daha sonra Dövlət Baxçalı jurnalistlərin suallarına cavab olaraq deyib ki, bu seçkidə MHP-nin itirdiyi qədər də qazandığı var.