vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
İSTİRAHƏT  
07:52 | 27 noyabr 2022 | Bazar Məqaləyə 9314 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Viskinin işgəncəsi ...

... Və afyor barmenin fırıldağı

Azər QƏRİBOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Bizdə necədir bilmirəm, buralarda isə barmenlər belə qazanır. Deməli, gəlirsən bara. Burada üç qiymətə (şərti olaraq) 1 avro, 5 avro və 10 avro civarında viskilər var.

Fikirləşirsən ki, 1 avroluq alacam, deyəcəklər ki, o boyda neft ölkəsindən gəlib içdiyi viskiyə bax. 

Çünki Azərbaycanın adı gələndə elə bilirlər ki, hər evdə qonşu otaqda neft buruğu var. Çırtacırt vurur 95 benzin vurur. Pullar da çakkaçak tökülür sandığa. Arvad yığıb-yığışdıra bilmir, bəxtəvər başımıza.

10 avroluq alacaqsan, adın dərhal FTB-nin qara siyahısına düşəcək ki, oliqarxdır. Qəbələdəki dədə-baba evinə də deyəcəklər ki, dağ kurortunda villası var.

Di gəl indi buna başa sal ki, mənim uşaqlığım həmin “villa”nın eyvanında keçib. 

Ona görə deyirsən ki, orda 5 avroya 10 illik viski var ha, bax ondan süz.

Özünü də elə aparırsan ki, 10 avroluq almağa da imkanım var, sadəcə bu gün nəsə 10 illik olan düşdü könlümə. Hər ehtimala qarşı bir ah da çəkirsən ki, bu bahalı viskilər lap bezdirib məni.

Bax burada başlayır fırıldaq.

Barmen sənin müvəffəqiyyətsiz artistliyindən anlayır ki, sənin Məhəmməd baban Qəbələdə məktəb direktoru kabinetində viski içməyib, heç adını eşitməyib.

Yəni anlayır ki, sənin viski ilə tanışlığın genetik xarakter daşımır, göylə getsən də, bu işdə yenisən.

Və üzünə faciəvi maska taxıb deyir – Bilirsən, dostum, 10 illik yoxdur. 12 illik qalıb. Sadəcə onun qiyməti 5 yox, 7 avrodur. Süzüm?

Yox deyəcəksən, ölkənin adı var ortada. Ona görə deyirsən hə və o da 12 adı ilə dünən stollardan yığılan yarımçıq viskilərin qovuşduğu butulkadan 50 qram süzür sənin üçün.

Sən də bah-bəh deyib vurursan onu, mədənə işgəncə verə-verə. 

Özünü sındırmayacaqsan ki…


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)