vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
TOP OYUNLARI  
00:49 | 3 aprel 2014 | Cümə axşamı Məqaləyə 2460 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Real»la «Cim-Bom»un Kol davası

33 yaşlı futbolçu uğrunda İstanbul klubu daha şanslı görünür

MÜŞFİQ

MÖVZU İLƏ ƏLAQƏLİ

İngiltərənin «Çelsi» klubu müdafiəçisi Eşli Kol ilə yollarını ayırmaq qərarına gəlib. Mövsümün sonunda futbolçunun bonservisinin əlində olması bir çox Avropa klublarının ağızlarını sulandırıb.

Vaxt.az xarici mətbuata istinadən xəbər verir ki, Bu yarışda Türkiyənin «Qalatasaray» klubu ilə İspaniyanın «Real» (Madrid) klubu daha qızğın mübarizə aparır. Adanın məşhur «Daily Mirror» media qurumunun yazdığına görə, Eşli Kol türk klubuna bir köynək daha yaxın kimi görünür.

Türk mediası da «Cim-Bom»un adıçəkilən futbolçu ilə maraqlandığını təsdiqləyib. Hətta deyilənə görə, klubun baş məşqçisi Roberto Mançini də bu transferə yaşıl işıq yandırıb. Xatırladaq ki, 2001-ci ildən mütəmadi olaraq İngiltərə yığmasına dəvət alan sol kənar müdafiəçisi Eşli Kol 107 oyunda millinin formasını tərlədib.