vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
TOP OYUNLARI  
22:53 | 7 noyabr 2017 | Çərşənbə axşamı Məqaləyə 2807 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Heç vaxt «heç vaxt» deməyək»

İtaliya mətbuatı «Qarabağ» haqda ...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Qarabağ»ın Çempionlar Liqasında mübarizə apardığı C qrupu haqda İtaliya mətbuatında yazı dərc olunub. VAXT.AZ xəbər verir ki, həmkarlarımız 3-cü pillədə qərarlaşan «Atletiko» və qrupun sonuncusu olan Azərbaycan çempionunun şanslarını dəyərləndiriblər.

Yazıda «Atletiko» və «Qarabağ» arasında Avropa Liqasına getmək uğrunda mübarizəyə yer verilib: «Atletiko» yeni stadionunda keçirdiyi hər 2 oyunda qələbə qazana bilməyib. Madrid təmsilçisi «Vanda Metropolitano»da «Çelsi»yə məğlub olub. Bura «Atletiko»nun «Qarabağ»la, 2 il əvvələ qədər Avropada tanınmayan komanda ilə heç-heçə oynamasını da əlavə etmək lazımdı. Halbuki, «Atletiko» 2016-cı ildə Çempionlar Liqasında birinci olmaq üçün «Real»la mübarizə aparırdı. İndi isə komanda Avropa Liqasına getməyə daha yaxındı. Amma bunun üçün öz meydanında «Roma»ya qalib gəlməlidir. Eyni zamanda, «Çelsi» ilə qarşılaşacaq «Qarabağ»ın məğlubiyyətini gözləməlidir. «Qarabağ» son oyunlarda xal qazana bilməyəcək. Ancaq heç vaxt «heç vaxt» deməyək».

Qeyd edək ki, qrupda 5-ci turun oyunları noyabrın 22-də keçiriləcək. (apasport.az)