vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
TOP OYUNLARI  
20:21 | 23 noyabr 2017 | Cümə axşamı Məqaləyə 3039 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

««Qırmızı»ların sayı artıb...»

Qurban Qurbanov: «Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq»

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 22-də Bakıda görüşən Azərbaycanın «Qarabağ» və Britaniyanın «Chelsea» futbol klubları arasında oyun 4:0-la qonaqların xeyrinə bitib.

Çempionlar Liqasının qrup mərhələsində oynayan «Qarabağ» klubu «C» qrupunda sonuncu oynunlarından birini keçirib.

Qolları Uiliyan Borges (Willian Borges da Silva) Eden Hazard (Eden Hazard), Sesk Fabreqas (Cesc Fàbregas) vurub. «Qarabağ» oyunçusu Rəşad Sadıqov qırmızı vərəqə alıb.

«Qarabağ»ın məşqçisi Qurban Qurbanov deyib ki, qırmızı vərəqə «onların əla oyun göstərmək» fürsətini əllərindən alıb:

«Çox danışmaq istəmirəm. Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə meydanda yaxşı mübarizə aparmaq istəyirdik. Təəssüf ki, 20-ci dəqiqədən etibarən, azlıqda qaldıq və istədiyimiz oyunu göstərə bilmədik. Azarkeşlərə görə üzgünəm. 90 dəqiqə dəstək oldular».

Qurban Qurbanov vurğulayıb ki, həmişə intizamlı komanda olublar, ancaq «son vaxtlar «qırmızı»ların sayı artıb». Ancaq sonuncu oyunda verilən «qırmızı vərəqə»ni o, ədalətsiz hesab edib:

«Son vaxtlar qırmızı vərəqə çox ağır vəziyyətlərdə verilir. Məsələn, hansısa oyunçunu sındıranda. Mənə maraqlıdır ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar? İnanmıram ki, böyük komandalara qarşı bu cür qərar verərdilər. Qırmızı vərəqə ilə bağlı narazılığım var. Lakin harasa şikayət etməyi düşünmürük».

«Qarabağ» məşqçisi bununla belə komandasına təşəkkür edib, deyib ki, «güclü rəqibə qarşı yaxşı» oynayıblar. «Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq», Qurban Qurbanov «Facebook» hesabında yazıb.

«Qarabağ»ın qrup çərçivəsində növbəti oyunu dekabrın 5-də İtaliyanın «Roma» klubu ilə Romada olacaq. Bakıda bir müddət əvvəl keçirilən ilk oyun zamanı «Roma» «Qarabağ»a 2:1 hesabı ilə qalib gəlmişdi.