«Qarabağ» «Barselona»nı da geridə qoydu
Ağdamlılar Çempionlar Liqasında altıncı oldu
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
Çempionlar Liqasının başa çatan qrup mərhələsinin tamaşaçı sayı ilə bağlı göstəriciləri açıqlanıb. Qitənin ən güclü 32 komandasının iştirakı ilə 6 turda keçirilən 96 matçı ümumilikdə 4 milyon 158 min 867 seyrçi izləyib.
Orta hesabla hər matçda 43 min 321 nəfər qeydə alınıb. Qitənin ən nüfuzlu klub turnirində çıxış edən 32 komandanın ev oyunlarındakı tamaşaçı sayının sıralaması da maraq doğurur.
Təbii ki, ilk növbədə diqqətimizi Azərbaycan çempionu «Qarabağ»ın göstəriciləri çəkir. Bakı Olimpiya Stadionunda «Roma», «Atletiko» və «Çelsi»ni qəbul edən Qurban Qurbanovun yetirmələri bu qarşılaşmalarda tribunalara 182 min 223 tamaşaçı toplamağa müvəffəq olub. Bu da orta hesabla hər matçda 60 min 741 seyrçi deməkdi.
«Qarabağ» bu göstərici ilə Çempionlar Liqasında 6-cı yerdədir. Düzdü, bir tur öncə, VI tur ərəfəsində Azərbaycan çempionu 7-ci pillədə idi. Sonuncu tur təmsilçimizin irəliləməsinə səbəb olub.
Ağdam klubu səfərdə oynasa da, daha yüksək pillədə qərarlaşan komandalardan birinin geriləməsi «Qarabağ»ı önə çıxarıb. Çempionumuzun keçdiyi bu komanda isə «Barselona»dır.
Dünya futbolunun nəhənglərindən olan Kataloniya klubu son turun «Sportinq»lə görüşündə az tamaşaçı topladığından orta göstəricisi aşağı düşüb. Nəticədə «Barselona» «Qarabağ»a azarkeşlərinə görə həsəd aparır.
Əslində, tamaşaçı sayı nisbi anlayışdır və stadionların tutumu, göstəricinin hansı yolla əldə olunması da bu göstəriciyə təsir edir. Bəzən bu rəqəm tam obyektiv olmasa da, siyahı reallığa çox yaxındı.
Cədvəlin ilk pilləsində də dəyişiklik olub. Son turadək zirvədə qərarlaşan «Tottenhem» mövqeyini əldən verib. 5-ci sıraya düşüb, «Qarabağ»a qonşu olan İngiltərə klubu daim azarkeşləri ilə öyünən 4 nəhəngi önə buraxıb.
Qrup mərhələsinin 1-cisi «Mançester Yunayted» olubsa, «Real» 2-ci, «Bavariya» 3-cü pillədə qərarlaşıb. «Borussiya» isə «dördlüy»ü tamamlayır.
Yer | Komanda | Tamaşaçı | Oyun | Orta hesabla |
1 | Mançester Yunayted | 222 960 | 3 | 74 320 |
2 | Real | 220 972 | 3 | 73 657 |
3 | Bavariya | 210 000 | 3 | 70 000 |
4 | Borussiya D | 196 207 | 3 | 65 402 |
5 | Tottenhem | 193 084 | 3 | 64 601 |
6 | Qarabağ | 182 223 | 3 | 60 741 |
7 | Barselona | 182 018 | 3 | 60 673 |
8 | Seltik | 173 762 | 3 | 57 921 |
9 | Atletiko | 172 789 | 3 | 57 596 |
10 | Liverpul | 149 068 | 3 | 49 689 |
11 | Sportinq | 139 545 | 3 | 46 515 |
12 | PSJ | 138 943 | 3 | 46 314 |
13 | Mançester Siti | 137 378 | 3 | 45 793 |
14 | Spartak | 130 603 | 3 | 43 534 |
15 | Porto | 126 554 | 3 | 42 185 |
16 | Roma | 125 358 | 3 | 41 786 |
17 | Leypsiq | 124 122 | 3 | 41 374 |
18 | Feyenoord | 123 500 | 3 | 41 167 |
19 | Çelsi | 123 130 | 3 | 41 043 |
20 | Benfika | 118 477 | 3 | 39 492 |
21 | Beşiktaş | 112 906 | 3 | 37 635 |
22 | Sevilya | 112 202 | 3 | 37 401 |
23 | Yuventus | 110 624 | 3 | 36 875 |
24 | Bazel | 103 414 | 3 | 34 471 |
25 | Olimpiakos | 91 335 | 3 | 30 445 |
26 | Şaxtyor | 90 403 | 3 | 30 134 |
27 | MOİK | 84 778 | 3 | 28 259 |
28 | Napoli | 77 633 | 3 | 25 878 |
29 | Anderlext | 58 759 | 3 | 19 586 |
30 | APOEL | 51 633 | 3 | 17 211 |
31 | Maribor | 37 048 | 3 | 12 349 |
32 | Monako | 28 135 | 3 | 9 378 |
Cəmi | 4 158 867 | 96 | 43 321 |
Qeyd edək ki, cədvəlin sonuncu pilləsində «Monako» yer alıb. (apasport.az)