«Heç vaxt elə addım atmaram»
Qurban Qurbanov: «Heç nəyi dəyişmək mümkün deyil»
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
“Çox əziyyət çəkdik”
Qurban Qurbanov: “Rəqiblər bir-birini yaxşı tanıyır”
-
“Belə oyunlar ancaq fayda verir”
Abtalyada “Qarabağ”-“Şaxtyor” dueli baş tutub
-
8-ci reydlə irəli...
... Yaxud qalib gəlmək mümkün idimi?!
-
Mxitaryan Bakıya gəlməyəcək!
“Arsenal” qərar verdi, XİN isə reaksiya
-
“Bizə belə dəstək lazım deyil”
“Qarabağ”ın Qarayevindən ağır sözlər
-
Dani Kintananın əsaları
Uman yerdən küsmək məsəli
-
Sadıqovdan BATE-yə atmaca
“PSV-dən 6 qol “yeyib” Avroliqaya düşməkdənsə, ...”
-
“Evdə uşaqlar da məndən küsür”
Qurban Qurbanov: “Futbolu onlar üçün oynayırıq”
-
Ağdamlılar “Şerif”i “doladı”
“Qarabağ” AvroLiqanın qrup mərhələsinə qol kimi yağaraq çıxdı
-
“Qalib gəlmək istəyiriksə…”
Qurban Qurbanov: “Elə bir oyunçu yoxdur ki, verdiyim tapşırığı yerinə yetirsin”
-
“Bizi çətin oyun gözləyir”
Qoran Sabliç: “”Qarabağ”ın güclü və zəif cəhətlərini bilirik”
-
Azarkeş və futbolçu problemi
11 oyunda stadionlarda toplamda 9 min izləyici olmayıb
-
“Qarabağ”a nə olub?
Futbolu ümid oynamır
-
“Bizi çətin rəqib gözləyir”
Qurban Qurbanov: “Heyətdə də bəzi problemlər var”
UEFA Çempionlar Liqasının 5-ci turunda evdə «Çelsi»yə 0:4 hesabıyla uduzan «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Qurbanov öncə oyunla bağlı fikirlərini bildirib:
- Çox danışmaq istəmirəm. Son vaxtlar bu qədər məyus olmamışdım. 90 dəqiqə meydanda yaxşı mübarizə aparmaq istəyirdik. Təəssüf ki, 20-ci dəqiqədən etibarən azlıqda qaldıq və istədiyimiz oyunu göstərə bilmədik. Azarkeşlərə görə üzgünəm. 90 dəqiqə dəstək oldular. Həmişə ən intizamlı komanda olmuşuq. Ancaq son vaxtlar «qırmızı»ların sayı artıb. Bəzən belə hallar olur. Futbolda hər şeyi normal qarşılamaq lazımdı. Komandama təşəkkür edirəm. Çox güclü rəqibə qarşı yaxşı oynadılar. Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq.
- İlk penalti epizodundan sonra futbolçuları yanınıza çağırdız. Elə təəssürat yarandı ki, sanki komandanı meydandan çıxaracaqsız...
- Şehiçə dedim ki, yerində qalsın. Futbolçulara isə bəzi tapşırıqlar verdim. Onlar şokda idilər. Özünüz də gördüz ki, oyunun əvvəlində çox istəkli idilər. Bu cür vəziyyətdə çox böyük hesablı məğlubiyyət ola bilərdi. Onlara ürək-dirək vermək üçün çağırdım. Komandanı meydandan çıxarmağa gəlincə, heç vaxt elə addım atmaram.
- Qırmızı vərəqə və penalti barədə fikirlərinizi bildirərdiz. Bu idarəçilikdən sonra UEFA-ya məktub göndərməyi planlaşdırırsız?
- Yox, belə bir fikrimiz yoxdur. Penalti epizodları barədə bir şey deyə bilmərəm. Lakin qırmızı vərəqə ilə bağlı qərar çox ağır oldu. Ümumiyyətlə, son vaxtlar qırmızı vərəqə çox ağır vəziyyətlərdə verilir. Məsələn, hansısa oyunçunu sındıranda. Ancaq hakim qərarı artıq verib. Heç nəyi dəyişmək mümkün deyil. Mənə maraqlıdı ki, bizim ölkəyə bu qədərmi kiçik baxırlar? İnanmıram ki, böyük komandalara qarşı bu cür qərar verərdilər. Qırmızı vərəqə ilə bağlı narazılığım var. Lakin harasa şikayət etməyi düşünmürük. «Çelsi»nin belə köməyə ehtiyacı yox idi. Çünki onlar onsuz da bizdən güclü komandadır.
- «Qarabağ»a qarşı birinci dəfə deyil ki, belə qərar verilir. Düşünmürsüz ki, bu, «Qarabağ»ın adı ilə bağlı olan qərardır? Açıq görünürdü ki, burda qərəz var idi...
- Gəlin, bu barədə çox danışmayaq. Onsuz da, onların üzərinə gedərək, nəyisə dəyişə bilməyəcəyik. Kiminsə diqqətini cəlb etməmək üçün belə sözlər işlətməsək, yaxşıdı. Qərar artıq verilib. Bəlkə də, bizim bilmədiyimiz nüanslar var. Özümüzü elə aparmalıyıq ki, bizə qarşı həmişə hörmətlə yanaşsınlar.
- Son 11 oyunda 6 qırmızı vərəqə. Bu barədə nə deyə bilərsiz?
- Bu barədə artıq fikrimi bildirdim. Həmişə çalışıram ki, komandam intizamlı olsun. Ancaq futbol mübarizə oyunudur. Bu cür komandalara qarşı cüzi qayda pozuntusu belə sarı, qırmızı vərəqə ilə nəticələnir. Bu oyundakı qırmızı vərəqə də şübhəli idi. Futbolçularımın intizamından razıyam. Lakin bir futbolçu səviyyəcə digərini üstələyirsə, bu cür vərəqələr olur. Sonda Antonio Konteni qələbə münasibətilə təbrik edirəm. O, daim öz üzərində çalışan məşqçilərdəndir.