İngilislər kisənin ağzını açır
24 yaşlı oyunçu üçün alman klubuna fantastik məbləğ təklif edilir
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Ən titullu kubokun qalibi
“Manchester City” dünyanın ən güclü klubudur
-
Polşa klubları “Qarabağ”ı ...
... Azərbaycan komandaları isə “Lex”i keçə bilməyib
-
Çilili futbolçu çilədən çıxdı
Arturo Vidal “Real Madrid”i təhqir edib
-
“... Penalti var idi”
Marsellodan etiraf: “Top əlimə dəymişdi, ...”
-
ÇL-də ilk finalçı müəyyənləşib
Çüneyt Çakırın penalti verməməsi müzakirələrə səbəb oldu
-
«Qarabağ» «Barselona»nı da geridə qoydu
Ağdamlılar Çempionlar Liqasında altıncı oldu
-
İdmana qarışan siyasət...
... yaxud «Qarabağ» nə etməlidir?
-
Qurbanovun hesabına kef edirlər
Hər yerdə «Qarabağ», AFFA-da «Qarabağ», PFL-də «Qarabağ»
-
«Adamın çəkdiyi əziyyətə heyfi gəlir»
Dino Ndlovu: «Nə etmək istədiklərini başa düşmürük»
-
«Etiraf edim ki, qorxduq»
«Çelsi» Bakıdan qayıdanda nə baş verib...
-
«Qarabağ» həqiqəti və futbol həqiqəti
Qalib olmaq istəyirsənsə, bəhanə üçün kiçicik şans belə vermə!
-
Şehiç ÇL-in ən yaxşısıdır
«Qarabağ» isə…
-
… Siyasəti futbollaşdırın!
Futbolu siyasiləşdirmək yerinə, …
-
«Hakimə dedim ki, ...»
Rəşad Sadıqov: «Emosiyalarımı saxlaya bilmirəm»
-
«Heç vaxt elə addım atmaram»
Qurban Qurbanov: «Heç nəyi dəyişmək mümkün deyil»
-
««Qırmızı»ların sayı artıb...»
Qurban Qurbanov: «Oyunu uduzsaq da, mübarizədə məğlub olmadıq»
Bu il istər İngiltərə Çempionatında, istərsə də Çempionlar Liqasında işləri heç də yaxşı getməyən «Manchester United» klubu yeni mövsüm üçün heyətini gücləndirmək qərarına gəlib. Bu məqsədlə baş məşqçisi David Moyes növbəti ildə bir çox təcrübəli isimləri komandasında görmək istədiyini klub rəhbərliyinə bildirib.
Vaxt.az İngiltərə mətbuatına istinadən bildirir ki, «Manchester United» 24 yaşı olmasına baxmayaraq kifayət qədər təcrübəli Toni Kroosun transferi üçün Almaniyanın «Bavariya» klubuna 40 milyon funt sterlinqlik astronomik məbləğdə təklif irəli sürüb. Bildirək ki, 1.82 boyunda olan oyunçunun müqaviləsi 2015-ci ildə başa çatacaq. Bunu nəzərə alan alman klubunun idarəçiləri çox güman ki, ingilislərin 66,37 milyon dollarlıq təkliflərinə yox deməyəcək.
Qeyd edək ki, 8 ildir «Bavariya»nın uğuru üçün tər tökən (2009-2010 mövsümündə «Bayern Leverkusen»ə icarəyə verilib 43 oyunda 10 dəfə fərqlənib) yarımmüdafiəçi 126 oyunda 13 dəfə qol sevinci yaşayıb. 2010-cu ildən isə Almaniya əsas millisinin heyətinə çağırılan Kroos 42 dəfə bu formanı əyninə geyinib, rəqiblərini 5 dəfə oyunu mərkəzdən başlamağa məcbur edib.