Çin süni intellekt patentlərinin sayına görə liderdir
Dünya şirkətlər arasında ilk 10-dan 5-i, universitetlərdə isə 8-i Çinə aiddir
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Çin gəmisinə təxribat ittihamı
Sualtı kabellərin kəsilməsinə görə İsveçin radarında düşən “Yi Peng”dən şübhələnilir
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
“Bu hadisə Çini yavaşladacaq”
Peyk görüntüləri Pekinin nüvə sirrini açıb
-
Tokiodan Pekinə tarixi hədə-qorxu
Yaponiya ilk dəfə döyüş gəmisini Tayvan boğazından keçirdi
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Azadlıq qalmayıb”
Çinlilər Balkanlar vasitəsilə Avropa ölkələrinə qaçır
-
Qızılın qiyməti rekord qırıb
Sonra yenə ucuzlaşıb
-
Çindən ballistik raket hədəsi
Sakit okean hövzəsində gərginlik yüksəlir
-
... 9 ABŞ şirkətinə sanksiya
Tayvana silah satışına görə...
-
20 ildir ailəsini görmürdü
Çin 2006-cı ildən həbsdə olan amerikalı keşişi azad edib
-
75 ilin ən güclüsü
Bebinca tayfunu 25 milyonluq şəhəri iflic edib
-
Çin Bebincanı qarşılamağa hazırlaşır
Qasırğası səbəbindən Şanxayda 9 min 318 nəfər təxliyə edilib
-
İşsizlik və daşınmaz əmlakda geriləmə
Daxili tələbdəki zəifliyin Çin iqtisadiyyatına mənfi təsiri davam edir
-
Çinə qarşı qiymət artımı dəqiqləşdi
ABŞ-ın beş ay əvvəl verdiyi qərar iki həftə sonra qüvvəyə minəcək
-
NATO-dan mesaj
“Avropa və Asiyanın təhlükəsizliyi ayrılmazdır”
-
“Yağı” qurbanları 143-ə çatdı
Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub
Çin şirkətləri və universitetləri məhsuldar süni intellekt sahəsində əldə etdikləri patentlərdə ən böyük rəqibləri olan ABŞ şirkətləri və universitetləri qarşısında üstünlüyə malikdirlər.
“ChatGPT” və “Google Gemini” kimi dil modellərinin ortaya çıxmasından sonra populyarlıq qazanan generativ süni intellektdə ABŞ və Çin arasında qarşıdurma günü-gündən qızışır.
İki ölkə arasında məhsuldar süni intellekt yarışının gücləndiyi sahələrdən biri də patent yarışıdır. Dünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) dərc etdiyi məlumatlara görə, Çində yerləşən Tencent, Ping An və Baidu kimi şirkətlər məhsuldar süni intellekt modellərində liderlik edir.
Məhsuldar süni intellekt sahəsində 2 min 74 patentlə birinci yerdə olan Tencent, onu 1564 patentlə Ping An Insurance və 1234 patentlə Baidu izləyir.
Bu şirkətlər “Generative Adversarial Networks” (GAN) və “Large Language Models” (LLM) kimi sahələrdə fərqlənsə də, digər növlərdə patent müraciətləri aktiv şəkildə təqdim olunmağa davam edir.
Siyahıda ilk 3 yerdə olan Çin şirkətlərindən sonra ABŞ-ın IBM şirkəti 4-cü yerdədir. IBM-in bu sahədə 601 patenti var. Çinin “Alibaba Group”u 571 patentlə 5-ci, Cənubi Koreyanın “Samsung Electronics” 468 patentlə 6-cı, ABŞ “Alphabet/Google” 443 patentlə 7-ci, Çin “ByteDance” 418 patentlə 8-ci, ABŞ “Microsoft” şirkəti 377 patentlə 10-cu sırada yer alıb.
***
Məhsuldar süni intellekt sahəsində patent almış universitetlər və tədqiqat qurumlarının da diqqət mərkəzində olduğu araşdırmaya görə, ilk 10 universitet arasında Çin universitetlərinin üstünlüyü diqqət çəkir. Araşdırmaya görə, ilk 10 universitet-tədqiqat qurumundan 8-i Çinlidir.
Çin Elmlər Akademiyası 607 patentlə birinci yerdədir, “Tsinghua” Universiteti (Çin) 321 patentlə, “Zhejiang” Universiteti (Çin) 320 patentlə, “Zhejiang” Texnologiya Universiteti (Çin) 190 patentlə və Milli Elmlər Akademiyası Elm və Texnologiya Tədqiqat Şurası 89 patentlə (Cənubi Koreya), “Nanjing” Aeronavtika və Astronavtika Universiteti (Çin) 80 patentlə, Dalian Texnologiya Universiteti (Çin) 75 patentlə, Çin Neft Universiteti (Çin) 68 patentlə, Çin Mədən və Texnologiya Universiteti (Çin) 35 patent və Kaliforniya Universiteti (ABŞ) 34 patentlə axtarışdadır.