«Azərbaycana minnətdaram»
Mustafa Krımoğlu Vaşinqtondan Bakıya təşəkkür etdi
Dilşad ƏLİYARLI
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
-
“Həsiri basma, dolan gəl”
Bayden Britaniya və Fransa raketlərinin ABŞ texnologiyası ilə istifadəsini dəstəkləyir, amma ...
-
ABŞ tərəddüd edir, Britaniya hazırdır
Vaşinqton və London Putinin təhdidlərini rədd edirlər
-
“Rusiya Kiyevi ərimiş kütləyə çevirə bilər”
Medvedev: “Kurska hücum Rusiyanın nüvə silahından istifadəsinə yetərincə səbəb verib”
-
“Biz cavab verəcəyik”
“ABŞ-ın öz sərhədləri daxilində çoxlu problemləri var, onlarla məşğul olsun”
-
Qırmızı cizgilər
Putin müstəqillik tarixində ilk dəfə Sibirdə nüvə sınaqlarına yaşıl işıq yandıra bilər
Krım tatarlarının lideri Mustafa Cəmilov Rusiyanın ilhaq etdiyi Krım yarımadasına BMT-nin sülhümühafizə qüvvələrinin göndərilməsini istəyib. Hazırda ABŞ-da səfərdə olan Mustafa Cəmilov Amerikanın Səsində olub və Krımda vəziyyəti şərh edib.
- Mustafa bəy, artıq bir neçə gündür
Amerika Birləşmiş Ştatlarında səfərdəsiniz, Nyu-Yorkda olmusunuz, BMT-də çıxış
etmisiniz. Hazırda Vaşinqtonda görüşlər keçirirsiniz. Amerikaya səfərinizin
məqsədi nədir? Amerika Birləşmiş Ştatlarına hansı mesajla gəlmisiniz?
- Biz bura BMT-nin Təhlükəsizlik Şurasının dəvəti əsasında gəlmişik. Ukraynada hadisələrdən sonra bilirsiniz çox şeylər dəyişdi, torpağımız Rusiya tərəfindən işğal edildi. Onlar bizim gələcəyimizin nə olacağını, bizim davranışımızın, məsələ ilə bağlı baxışlarımızın, istəklərimiz və gözləntilərimizin nədən ibarət olacağını bilmək istəyirlər. Bu məsələləri Təhlükəsizlik Şurasının qapalı iclasında müzakirə etdik. Fikirlərimizi söylədik. Gözləntilərimiz çoxdur, çünki məlum olduğu kimi, 1994-cü ildə Budapeşt protokolu imzalanmışdı və bu protokola görə biz Ukrayna dövləti olaraq nüvə silahlarından imtina etməli idik və böyük ölkələr, Amerika Birləşmiş Ştatları, İngiltərə və Rusiya bizim müstəqilliyimizi, ölkəmizin bütövlüyünü qorumalı idi.
- Rusiyanın Krımı ilhaq etməsindən sonra Krım tatarlarının mövqeyi nədən ibarətdir?
- Müxtəlif sosioloji araşdırmalara görə,
fərqli rəqəmlər göstərilir. Məsələn, şovinist rus qruplar var, onların
fikirlərinə və araşdırmalarına görə, orada yaşayan rusların əksəriyyəti Rusiya
ilə birləşmə tərəfdarıdır. Etnik ukraynalılar və Krım tatarları təbii ki bunu
qəbul etmirlər, öz gələcəklərini Ukrayna dövlətinin daxilində görürlər. Onlar
tamamilə bu işğala qarşıdır. Amma qarşımızda böyük güc var. Ukrayna bizim
haqlarımızı, öz bütövlüyünü qoruya bilmir. Biz də həm Krım tatarları, həm də
Ukrayna vətəndaşları kimi öz ölkəmizə, dövlətimizə kömək etməyə çalışırıq.
Bütün sağlam qüvvələr, demokratik qüvvələr, Qərb ölkələrini bu məsələnin həlli
üçün səfərbər etməyə çalışırıq. Amma yalnız Qərb ölkələri deyil. Sabah Səudiyyə
Ərəbistanına səfər edəcəyik, sonra isə İslam Əməkdaşlıq Təşkilatında görüşümüz
olacaq. Çünki çox narahatıq. BMT-nin Baş Assambleyasında Ukraynaya dair
səsvermə keçiriləndə 48 müsəlman ölkəsindən 32-i bitərəf qaldı, bir-iki ölkə
isə Rusiyanı dəstəklədi. Müstəqil Dövlətlər Birliyində olan Qazaxıstan,
Qırğızıstan kimi ölkələr. Buna görə məsələyə daha çox diqqət yetirilməsi üçün
onun əsasında nəyin durduğunu anlatmaq üçün təşkilatın sədri ilə görüşəcəyik.
- Mustafa bəy, Krım tatarlarının hazırkı
durumu ilə bağlı nə deyə bilərsiniz, onları taleyi nə olacaq?
- Xalqın arasında böyük narahatlıq var.
Böyük əksəriyyət Ukrayna vətəndaşlığından imtina etmək fikrində deyil. Rusiya
vətəndaşlığını qəbul etmək istəkləri yoxdur. Lakin onlar elə bir vəziyyətə
salınıblar ki, aprelin 18-dən sonra orada yaşayan insanların hamısı avtomatik
olaraq Rusiya vətəndaşı kimi qəbul ediləcək və onlara məcburən pasportlar
veriləcək. Pasport almayan, Ukrayna vətəndaşlığını saxlamaq istəyən insanlar
ayrıca petisiya yaza bilərlər.
- Siz Krıma BMT-nin
sülhümühafizə qüvvələrinin göndərilməsini istəmisiniz. Sizcə vəziyyətdən çıxış
yolu nədir, nə etmək olar?
- Bəli, biz bunu istərdik. Amma bunun nə
qədər çətin olduğunu bilirik. Bu kimi qərarlar Təhlükəsizlik Şurasında verilə
bilər, amma orada Rusiyanın veto hüququ var və əlbəttə ki buna imkan
verməyəcəklər. Amma məsələni Baş Assambleyaya da çıxarmaq mümkündür. Hər halda
beynəlxalq ictimaiyyətin Krım yarımadasında insan haqlarının nə durumda olduğu
məsələsindən xəbəri olacaq. İkinci yol da var, bu da NATO qüvvələrinin Kosovoda
olduğu kimi müdaxiləsi. Amma dünya təcrübəsi onu göstərir ki, bu kimi
əməliyyatlar əsas etibarilə çox qan töküldükdən sonra olur. Biz istəyirdik ki,
belə əməliyyatlar bizim qanımız tökülməmişdən əvvəl baş versin. Amma aydın oldu
ki, belə tədbirlər görülməyəcək.
- Müsahibəyə görə sizə
təşəkkür edirəm.
- Mən də təşəkkür edirəm. Həm də Azərbaycan dövlətinin Baş Assambleyada Ukraynanı dəstəklədiyinə görə sizin ölkənizə təşəkkürümü bildirmək istəyirəm.