vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
REGİON  
15:47 | 6 aprel 2014 | Bazar Məqaləyə 1510 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Sülh danışıqları davam etdirilməlidir»

Tərəflər liderlərin təkbətək görüşünə tərəfdardır

MÖVZU İLƏ ƏLAQƏLİ

Yaxın Şərq sülh danışıqlarında İsrailin baş müzakirəçisi Tzipi Livni müzakirələrin böhran dövrünü yaşadığını, lakin onların davam etdirilməli olduğunu deyib.

Tzipi Livni İsrailin Kanal 2 televiziyasına müsahibədə danışıqlarda çox mürəkkəb bir məqamın yarandığını və həqiqi böhran olduğunu bildirib. Lakin o, müzakirələrin davam etdirilməli olduğunu deyib. Tzipi Livni həmçinin İsrail və Fələstin liderləri arasında birbaşa danışıqların keçirilməsinin tərəfdarı olduğunu əlavə edib.

İsrailli müzakirəçi bu açıqlamaları ABŞ Dövlət katibi Con Kerrinin Obama administrasiyasının Yaxın Şərq sülh prosesində rolunu yenidən qiytmətləndirdiyini bildirməsindən bir gün sonra verib. Con Kerri tərəflər sülh istiqamətində konstruktiv addımlar atmaq istəmədiyi halda, ABŞ-ın vaxtı və səylərinin məhdud olduğunu bildirib.

Con Kerri tərəflərin Birləşmiş Ştatların vasitəçiliyi ilə keçirilən danışıqların baş tutmaması ilə nəticələnən addımlar atıb.