Tehran Bakıyla gərginlikdən nə qazandı?
İrana düşmən olanların Azərbaycana diqqəti artdı
Fərhad MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Həm də dərhal
Qərb İrandan yüksək zənginləşdirilmiş uranı məhv etməyi tələb edir
-
“İranın üç konsulluğu bağlanıb”
Vətəndaşının edamı Almaniya hakimiyyətini hiddətləndirib
-
Nəsrullahın ölümü 5 sualda
Bu əməliyyatdan sonra Yaxın Şərq hərtərəfli müharibəyə sürüklənə bilər
-
SEPAH generalı da öldürülüb
Azərbaycanı hədələyən Nilforuşan “Hizbullah”ın bombalanan qərargahında olub
-
İranın Azərbaycana hücum etmə ehtimalı
Regional təsirlər və geosiyasi reallıqlar
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Tramp İranı hədələyib
“Ölkənizi məhv edəcəyik deyərdim”
-
Peycer hücumundan sonra İran təhlükə altındadır
İsrail əməliyyatının əks-sədası Tehrana birbaşa hücum ehtimalını artırır
-
Pezeşkiyanın İsrail bəyanatı
Gərginliyi azaltmaq istəyi ilə bağlı çıxışdan sonra İranda gərginlik yaranıb
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
“Məni 2898 gün zindanda saxladılar”
Namazi İranda məruz qaldığı işgəncələri izah etməkdə çətinlik çəkib
-
ABŞ-dan İrana yeni sanksiyalar
SEPAH üzvləri və həbsxana rəsmilərinin olduğu 12 nəfərlik siyahı
-
Sanksiyalara qarşı əməkdaşlıq
Pezeşkiandan Kremlə çağırış
-
Putin öz “qırmızı xəttini” keçmiş ola bilər
Kreml nüvə sirlərini İranla bölüşməklə Stalin və Xruşşovun etmədyini edib?!
-
Hicab taxmayanların sayı sürətlə artır
İranda diqqətçəkən mənzərə
Rəisi hakimiyyətə gəldikdən sonra Azərbaycanla əlaqələr gərginliklə müşayiət olunurdu. İran Ermənistan sərhədlərini qırmızı xətt adlandırıb, iki dəfə sərhədlərimiz yaxınlığında təlimlər keçirdi. Lakin, irəli sürülən ittihamların arxasında real əsas yoxdur. Praqa və Soçi bəyannamələrində Bakı və İrəvan bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərin toxunulmazlığını tanıdıqlarına dair, ilin əvvəlində isə Bakı və Tehran Şərqi-Zəngəzur-Naxçıvan dəhlizinin açılması ilə bağlı razılıq əldə etmişdilər.
İranın süni gərginlik yaratmaqda əsas məqsədi Rusiyanın zəifləməsindən istifadə edərək regionda nüfuzunu artırmaq, Zəngəzur dəhlizinin (ZD) açılmasına imkan verməmək və Ankara-Bakı-Tel-Əviv üçbucağını zəiflətmək idi. Lakin, təzyiqlərə rəğmən İran tamamilə əks nəticələr əldə etdi. Bakı Ermənistanla şərti sərhəddə strateji yüksəkliklərə yiyələnib, mövqe üstünlüyü qazandı. Hazırda Azərbaycan silahlı qüvvələri Ermənistanın İrana gedən strateji yollarını vizual nəzarətdə saxlayır.
Zəngəzur Dəhlizi Ermənistanın 10 noyabr razılaşması üzrə yerinə yetirməli olduğu öhdəlikdir. Buna görə də İranın təhdidlərinə rəğmən Bakı ZD ilə bağlı mövqeyindən geri çəkilmədi. Əksinə, beynəlxalq təşkilatların rəsmi sənədlərinə bu məsələni daxil edir.
İranın təlimlərinə cavab olaraq Azərbaycan xüsusi təyinatlıları İranla sərhəddə təlimlər keçirdilər. İranla problemli münasibətlərə malik ölkələrin Bakıya diqqəti artdı. M.Çavuşoğlu İran xarici işlər nazirinə, Pakistanın rəhbəri və İsrailin müdafiə naziri isə Azərbaycanlı həmkarına zəng etdi. Çavuşoğlu Azərbaycanla dostluq əlaqələrindən, Hants isə Azərbaycanla hərbi əlaqələrin inkişafından danışdı. Dövlət Departamentinin sözçüsü N. Prays ABŞ-ın İranın təhdidləri qarşısında Azərbaycana dəstəyini davam etdirəcəyini bildirdi. Baş qərargah rəisi K. Vəliyev ABŞ-ın ölkəmizdəki hərbi attaşesi M.Koun və NATO-nun kontr-admiralı G.Brousdal ilə ayrı görüşlər keçirdi. Hər iki görüş ölkəmizin ABŞ və NATO ilə hərbi əməkdaşlığının inkişaf perspektivlərinə həsr edilmişdi.
DTX İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını xaricdə hərbi təlimlərə cəlb etməsi, maliyyələşdirməsi və təhlükəsizlik maraqlarımıza zidd istifadə etməsi halları ilə bağlı kompleks araşdırma, ifşa və yaxalama tədbirləri həyata keçirdi. Black Rewards haker qrupu İranın yanvar və mart aylarında Bakıdakı casus şəbəkəsinə 47.158 (avro) və 75.000, Naxçıvandakı casus şəbəkəsinə isə 15.083 və 30.000 pul köçürdəcəyini isbatlayan sənədlər yaydı. Gürcüstanın təhlükəsizlik orqanları isə ölkədə mövcud İran casus şəbəkəsinin ifşa edilib, yaxalanması istiqamətində əməliyyatlar apardı.
İranın destruktiv siyasəti Aİ tərəfindən yeni sanksiyaların qəbul edilməsinə və İsraildə B.Netanyahunun yenidən hakimiyyətə qayıtmasına təsir göstərdi. Azərbaycan İsraildə səfirlik, Fələstində isə nümayəndə ofisinin açılması haqqında qərar qəbul etdi. Həmçinin İsrailin dəstəyi ilə Azərbaycanda kibertəhlükəsizlik mərkəzi açılacaq. İsrailin xarici işlər nazirliyi və ABŞ-da AİPAC və AJC kimi nüfuzlu yəhudi təşkilatları səfirliyin açılmasını “tarixi qərar” adlandırdılar.
Azərbaycan Prezidenti TDT-nin Səmərqənd sammitində güney azərbaycanlılar daxil türkdilli xalqların hüquqlarının və milli kimliyinin (dil hüququ) qorunması kimi məsələlərin təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağı təklif etdi.
Məqsədlərinə çata bilməyən İran, Bakıya Xameneyinin müşaviri Ə.Ə.Vilayəti vasitəsi ilə barışıq məğzli siqnallar göndərdi. Vilayəti İranın hücuma keçmək fikrində olmadığını və Azərbaycan xarici ölkə tərəfindən hücuma məruz qaldığı təqdirdə onun yanında olacağını bildirdi. Hikmət Hacıyev cavabında gərginliyin İran rəsmilərinin bəyanatları ilə başlandığını, təlimlərlə isə İrana etibarın azaldığını bildirib, diplomatik dillə əlaqələrin bərpa edilməsinin yol xəritəsini Tehrana təqdim etdi.
Beləliklə, İran bu gərginlikdən qazanmadı, əksinə İranın daxilində daşlar yerindən oynadı, qarşısı alınmayan proseslər başladı və bu proseslərin nəticələri yaxın gələcəkdə özünü büruzə verəcəkdir.