AES yaxınlığında ABŞ mərmisi
Kurskda partlamayan hərbi sursat tapılıb
Rusiya ABŞ-ın Ukraynaya verdiyi və Kursk Atom Elektrik Stansiyasndan (AES) 5 kilometr aralıya atılan partlamamış hərbi sursatları zərərsizləşdirdiyini açıqlayıb.
Ukrayna avqustun 6-da Rusiya sərhədləri daxilində hərbi əməliyyata başlayıb və Rusiyanın Kursk vilayətinə daxil olub. Ukrayna qüvvələrinin fəaliyyətini davam etdirdiyi bölgə atom elektrik stansiyasından cəmi 40 kilometr aralıdadır.
Rusiya Milli Qvardiyasının yaydığı açıqlama ilə paylaşılan videoda partlamamış hərbi sursat və sursatların məhvetmə qrupları tərəfindən zərərsizləşdirildiyi görünür. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Qrossinin ötən gün elektrik stansiyasına baxışından sonra bildirib. Qrossi bildirib ki, stansiyada qoruyucu günbəz olmadığı üçün raketlər, pilotsuz uçuş aparatları (PUA) və artilleriya atəşinə qarşı müdafiəsizdir.