Kosmosun görüntülərində rekord
Yerdən çəkilmiş daha aydın və rəngarəng qara dəlik fotoları gözlənilir
ELŞAD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Qalileyin müasiri ...
... Eynşteynin nəzəri olaraq ortaya çıxardığını praktiki olaraq isbat edən dahi
-
Uzaq qalaktikaları izləyən “Event Horizon” Teleskopu (EHT) Yer kürəsindən indiyə qədər çəkilmiş ən yüksək dəqiqlikli şəkilləri çəkib. Tədqiqatçılar qara dəliklərin daha aydın görüntüləri üçün yeni cığırlar açmağı gözləyirlər.
Dünyadakı radioteleskoplardan ibarət olan EHT daha əvvəl Süd Yolunun mərkəzindəki M87* və Oxatan A* qara dəliklərinin fotolarını çəkib.
Olay Üfüqü Teleskopunun arxasında çox uzun baza interferometriyası (VLBI) adlanan bir texnika var: “Dünyadakı teleskoplar eyni obyekti eyni anda seyr etdikdə, obyektin işığı onların hər birinə müxtəlif vaxtlarda düşür”.
Teleskopların çəkdiyi görüntüləri bu fərqlərlə birləşdirərək, tək bir cihazın çəkəcəyindən çox daha detallı bir görüntü ortaya çıxır.
VLBI metodu birdən çox rəsədxananın tək, böyük teleskop kimi fəaliyyət göstərməsinə imkan verdiyi üçün EHT tez-tez “Yer ölçülü teleskop” adlandırılır.
Teleskopun uzaq obyektləri yüksək dəqiqliklə çəkməsinə imkan verən ən əsas iki amil var – onun ölçüsü və ölçə biləcəyi işıq tezliyidir.
EHT artıq “Yer ölçüsündə” olduğundan, avqustun 27-də “The Astronomical Journal”da dərc edilən araşdırmanı aparan komanda tezlik diapazonunu genişləndirdi.
EHT teleskoplarının bir neçəsi ilə aparılan sınaqlarda tədqiqatçılar 345 GHz nisbətən yüksək tezlikdə uzaq qalaktikaların infraqırmızı işığını aşkarlaya biliblər. EHT hazırda 230 Ghz tezliyində işləsə də, yeni tədqiqat yerdən bu günə qədər edilən ən aydın müşahidəni təklif edir.
EHT əvvəllər 1,3 millimetr dalğa uzunluğunda işıqdan istifadə edərək qara dəliklərin şəkillərini yaratmışdı.
Hər iki görüntü kosmosun sirlərinin həlli istiqamətində mühüm addımı olsa da, alimlərin daha aydın görüntülərə ehtiyacı var.
0,87 millimetr dalğa uzunluğuna və 345 GHz tezliyinə çatan tədqiqatçılar bu yolla qara dəliklərin görüntülərinin çox daha aydın və müxtəlif rənglərdə çəkilə biləcəyini söyləyirlər.
Son araşdırmada bütün teleskoplardan istifadə edilmədiyi üçün heç bir fotoşəkil ortaya çıxmadı.
Tədqiqata rəhbərlik edən NASA-nın Reaktiv Sürətli Laboratoriyasının astrofiziki Aleksander Raymond, “EHT ilə 1,3 millimetr dalğa uzunluğundakı müşahidələrdən istifadə edərək qara dəliklərin ilk şəkillərini gördük, lakin qara dəliyin cazibə qüvvəsi ilə əyilmiş parlaq işıq halqası bulanıq görünürdü. Çünki biz şəkillərin dəqiqliyinin mütləq sərhədlərində idik”, – deyib.
Şəkillərimiz 0,87 millimetrdə daha dəqiq və təfərrüatlılaşdıqca, çox güman ki, həm əvvəllər proqnozlaşdırılan, həm də gözlənilməz yeni xüsusiyyətlər ortaya çıxacaq.
Tədqiqatçılar həmçinin qeyd edirlər ki, yüksək tezlikli müşahidələr daha uzaq və daha kiçik superkütləvi qara dəliklərin öyrənilməsinə imkan verə bilər.
Ətraflı müşahidələr kainatın ən sirli strukturlarından biri ilə bağlı bir çox suala cavab verə bilər.
Araşdırmanın müəlliflərindən olan Şeperd S.Doeleman, “Bunun nə üçün bir irəliləyiş olduğunu başa düşmək üçün ağ-qara fotoşəkillərdən rəngli fotoşəkillərə keçərkən baş verən əlavə detalların effektini nəzərdən keçirin”, – deyib.