vaxtlı-vaxtında oxuyun! Şənbə, 18 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
TOP OYUNLARI  
21:40 | 6 aprel 2014 | Bazar Məqaləyə 2296 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Aslanın fildişili sevgisi

İstanbulluların transfer siyahısındakı Doumbia bombası

Müşfiq HABİLOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Bir yandan əzəli rəqibi «Fənərbaxça» ilə derbiyə köklənən «Qalatasaray», digər tərəfdən transfer calışmalarını sürdürür.

Bu il istər Türkiyə Çempionatında, istərsə də Çempionlar Liqasında işləri yaxşı getməyən sarı-qırmızlılar yeni mövsüm ucun heyətini gücləndirməkdə qərarlıdır. Hələ bir müddət əvvəl baş məşqçi Roberto Mançini növbəti ildə bir neçə təcrübəli isimləri komandasında görmək istədiyini rəhbərliyə bildirmişdi.

Artıq bir neçə aydır türk mətbuatı sezon sonunda Didier Droqbanın komandadan ayrılacağını yazır. İstanbullular fildişilinin yerinə ən azı özü kimi bir hücumçu almaq istəyir. Məlumata görə klubun transfer işlərinə baxan şöbənin əlində böyük bir siyahı var və orada Avropada və dünyada səs salmış hücumçuların adları qeyd olunub.

Vaxt.az türk saytlarına istinadən xəbər verir ki, siyahıda ilk yerlərdən birində daha bir Fildişi Sahilləri millisinin qol maşını, «CSKA»nın (Moskva) hücumçusu Seydou Alan Doumbianın adı var. Droqba kimi yüksək fiziki göstəricilərə malik olan Seydou Alanın həmvətənindən zəif cəhəti boyunun 10 sm. (Didier 188, Seydou 178) qısa, üstün cəhəti həmvətənindən 10 yaş (Droqba 36, Doumbia 26) cavan olmasıdır. 4 mövsümüdür Moskva klubunun heyətində top qovan hücumçu çıxdığı 76 qarşılaşmada rəqiblərini 50 dəfə məyus edib. Düzdür fildişili o qədər də səs-küylü klubların formasını geyinməyib. Amma heyətini cavanlaşdırmaq istəyən, Mançininin təcrübəsi və ulduz yetişdirmək bacarığına güvənən Cim-Bom uyğun transfer qiymətinə heyətinə qatacaq futbolçu ilə bir neçə il sonra Avropanın transfer bazarına eni bir ad çıxarmaq istəyir.

Qeyd edək ki, ulduz oyunçunun meneceri Beytrosan «Qalatasaray»ın Doumbianin transferi ilə bağlı xəbərləri təsdiqləyib. «Futbolçu alverçisi»nin sözlərinə görə Doumbianı transfer etmək uçun Avropadan bir çox ölkənin (Rumıniya, Belçika, Almaniya və s.) məşhur klubları yarışır. Meneceri isə Doumbianın Çempionlar Liqasının daimi üzvü olan klubda oynamaq istədiyini deyir. İstanbulluların son illər Avropanın ən böyük klub çempionatında göstərdiyi uğurlar bu transferin baş tutmaq ehtimalını artırır.